Noy 28, 2015 13:41 Asia/Baku
  • İran tərəfindən nüvə anlaşması çərçivəsində atılmış addımlar geriyə dönə bilər
    İran tərəfindən nüvə anlaşması çərçivəsində atılmış addımlar geriyə dönə bilər

İranın Atom Enerjisi Təşkilatının sözçüsü deyib ki, İran tərəfindən nüvə anlaşması çərçivəsində atılmış addımlar geriyə dönmə qabiliyyətnə malikdir.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi Tehranda çıxan Etimad qəzeti ilə müsahidəbə əlavə edib: Nüvə anlaşması çərçivəsində Nətənz və Fordo təsisatlarında qeyri-fəal sentrifuqaların bir hissəsi yığışdırılıbdır ki, MAQATE-nin baş dirrektoru Yukiya Amano da özünün son hesabatında bu məsələyə toxunubdur.
Kəmalvəndi deyib: Bununla belə, bəzi addımlar qalıbdır ki, onların icrası İranın keçmiş nüvə fəaliyyətləri işinin bağlanmasını tələb edir və bu addımlar zənginləşdirilmiş uranın təbii yanacaqla mübadiləsi, Ərak reaktorunun mərkəzinin rekonstruksiyası və fəaliyyət göstərən sentrifuqaların sayının azaldılmasına şamil olur.
Kəmalvəndi həmçinin Amanonun İranın nüvə fəaliyyətləri haqdakı son hesabatını təkrar adlandırıb və belə əlavə edib: Agentlik əlavə protokolu icra etməyən bir ölkədə nəzərdə tutulan məkanlara gedə bilməz, bu üzdən də həmin ölkənin bütün nüvə fəaliyyətlərini təsdiqləyə bilməz.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə mərkəzlərinə getməsi müahidə qanunları çərçivəsindədir və İran da elan olunmuş nüvə mərkəzlərindəki addımlarını bəyan edib və onun barədəki informasiyaları agentliyin ixtiyarına qoyubdur.
Kəmalvəndi söyləyib: İranın keçmiş nüvə fəaliyyətləri işinin bağlanması Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının nəzərindən asılıdır və İran agentliyin baş direktorundan istəyir ki, sənədlər əsasında hesabat versin və bəzi oyunçular tərəfindən sui-istifadə üçün yer qoymasın.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü nüvə anlaşmasının icrasının hər iki tərəfin, yəni həm İranın, həm də altılıq qrupunun öz öhdəliklərini icra etməsini tələb etdiyini bildirib və vurğulayıb ki, İranın keçmiş nüvə fəaliyyətləri işinin bağlanmaması və gələcəkdə ondan ehtimal olunan sui-istifadələrlə nüvə anlaşması icra olunmayacaq, zira İranın keçmiş nüvə fəaliyyətləri işinin açıq qalması nüvə anlaşmasının ruhu ilə təzaddadır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş dirrektoru Yukiya Amano noyabrın 26-da bu agetnliyin direktorlar şurasının iclasının işə başlaması ilə bağlı ilkin bəyanatda İranın nüvə fəaliyyətlərində heç bir yayınmanın olmadığını vurğulayıb.

Teqlər