"PMD" işinin bağlanması Direktorlar Şurasının səlahiyyətləri çərçivəsində
Noy 28, 2015 19:56 Asia/Baku
-
"PMD" işinin bağlanması Direktorlar Şurasının səlahiyyətləri çərçivəsində
İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi deyib: İranın nüvə işinin ehtimal olunan hərbi cəhətləri işinin(PMD) bağlanması sadəcə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının səlahiyyətləri çərçivəsindədir.
Rza Nəcəfi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının mövsüm iclasının sonunda İRİB müxbirinə verdiyi müsahibədə agentliyin baş direktoru Yokio Amanonun "Agentliyin son dəyərləndirməsi nə "ağ" nə də "qara" olacaq" deməsinə reaksiya olaraq PMD işini bağlı elan etmək səlahiyyətinin agentliyin baş katibinə aid olmadığını deyib.İranın MAQATE-dəki səfiri əlavə edib: PMD məsələsi son dərəcə mürəkkəb və keçmiş məsələlər ilə də əlaqəli olmasına görə, ona tam formada aydınlığın gətirilməsi bəlkə də qeyri-mümkündür. Xüsusilə bəzi məsələlərin sıfr iddia həddinidə olduğunu nəzərə almaq lazımdır.
Nəcəfi İranın bütün iddialar üçün münasib cavaba malik olduğunu deyərək, əlavə edib: PMD işini bağlı elan etmək Direktorlar Şurasının qərarından asılıdır. Necə ki, 2006-cı ildə İranın nüvə işi BMT Təhlükəsizlik Şurasına göndərilən zaman agentliyin baş direktorunun rolu olmamışdı. O zaman da Direktorlar Şurası baş direktora BMT TŞ-yə hesabat verməsi barədə göstəriş vermişdi.
İranın MAQATE-dəki səfiri 5+1 ölkələrinin PMD işinin bağlı elan edilməsi üçün Direktorlar Şurasına qətnamənin təqdim etmələri üzrə öhdəliklərinə işarə edərək, deyib: Bu ölkələrin öz öhdəliklərinə əməl etmələri gözlənilir. Əks halda, nüvə anlaşmasını icra etmək üçün lazım olan iradəyə malik olmadıqlarını sübut etmiş olacaqlar. O zaman İran da öz öhdəliklərinə əməl etməyəcək.
Bu arada İranın müzakirələrdəki ekspertlər qrupunun sədri Həmid Bəidinejad öz İnstagram səhifəsində Amanonun son açıqlamasına reaksiya olaraq yazıb: İranın MAQATE ilə əməkdaşlığı inkişaf halında olduğu üçün bu hesabat qara olmayacaq. Amma, Amanonun bu hesabatn "ağ" olmayacağı barədə dedikləri "PMD" işinin çox mürəkkəbi iş olduğuna dəlalət edir. Elə buna görə də 12 ildir ki, araşdırılır.
Bəidinejad əlavə edib: Hadisələr keçmiş məsələlərin bağlanması istiqamətində hərəkət edir.
MAQATE-nin direktorlar şurasının payız sesiyası dünən cümə günü öz işini başa vurdu.