İnqilab Rəhbərinin Qərb gənclərinə ikinci məktubu
Noy 29, 2015 19:50 Asia/Baku
İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Qərbin İslam dünyasındakı oyanış hərəkatı ilə ikili rəftarı Qərb sistemlərindəki təzaddan bariz bir nümunədir.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bazar günü Qərb ölkələrindəki gənclərə ünvanlanmış ikinci məktublarında əlavə ediblər: Bu gün az bir kəs Amerikanın Əlqaidə, Taliban və onların nəhs davamçılarını gücləndirməsi və silahlandırmasından xəbərsizdir və bu birbaşa himayənin kənarında, ən geridə qalmış siyasi quruluşlara malik olmalarına rəğmən, təkfirçi terrorizmin aşkar və tanınmış himayəçiləri daim Qərbin müttəfiqləri sırasında yer tutublar və bu, elə bir haldadır ki, regiondakı dinamik demokratiyalardan meydana gəlmiş ən modern və ən aydın təfəkkürlər rəhmsizcəsinə yatırılıbdır.İslam İnqilabının Böyük Rəhbəri kor terrorizmin Fransada törətdiyi kədərli hadisələrə toxunaraq, vurğulayıblar: Təəssüflü məsələdir ki, bu cür hadisələr danışığa zəmin yaratmış olsun, amma həqiqət budur ki, əgər kədərli məsələlər çarə tapmaq üçün zəmin və həmfikirlilik üçün bir şərait yaratmazsa, xəsarət bir neçə qat olacaqdır.
Həzrət Ayətullahuluzma Xamenei Qərb gənclərinə xatırladıblar: Düzdür ki, bu gün terrorizm hamının müştərək dərdidir, amma bilməlisiniz ki, son hadisələrdə təcrübə etdiyiniz əmin-amansızlıq və iztirab İraq, Yəmən, Suriya və Əfqanıstan xalqlarının ardıcıl illər olaraq, dözdükləri əzablarla iki əsas fərqə malikdir.
O həzrət buyurublar: Birincisi, İslam dünyası daha geniş miqyaslarda, daha geniş həcmdə və son dərəcə uzun bir müddətdə zorakılıq və qorxu törətmənin qurbanı olub və ikincisi, təəssüflə, bu zorakılıqlar daim bəzi böyük qüdrətlər tərəfindən müxtəlif üsullarla və təsirli formada himayə olunubdur.
İslam İnqilabının Böyük Rəhbəri söyləyiblər: Qərbin siyasətlərində təzadın digər bir siması İsrail rejiminin dövlət terrorizmini himayə etməsində görünür; Fələstinin əziyyət çəkmiş xalqı altmış ildən çoxdur ki, terrorizmin ən pis növünü təcrübə edir; əgər Avropa xalqları hazırda bir neçə gün öz evlərinə sığınırlar və izdihamlı mərasimlər və mərkəzlərdə iştirakdan çəkinirlərsə, bir fələstinli ailə on illərdir ki, hətta öz evində belə, sionist rejimin dağıntı və qırğın maşınından amanda deyil.
İslam İnqilabının Böyük Rəhbəri Qərb gənclərinə xitabən həmçinin vurğulayıblar: İŞİD kimi alçaq qruplar idxal olunmuş mədəniyyətlərlə uğursuz qovuşmanın məhsuludur, əgər problem doğrudan da dini problem olmuş olsaydı, müctəmləkəçilik dövründən öncə də İslam dünyasında buna bənzər fenomenlər müşahidə olunmuş olardı, halbuki tarix onun əksini göstərir.
İslam İnqilaıbının Böyük Rəhbəri sonra buyurublar: Milyonlarla fəal və məsuliyyət qəbul edən insandan təşkil olunmuş Avropa və Amerikada yaşayan müsəlman cəmiyyətini təcridə və ya qorxu və iztiraba salacaq və onları keçmişdəkindən daha çox öz əsas hüquqlarından məhru edəcək və ictimai səhnədən kənara qoyacaq hər bir həyəcanlı və tələsik hərəkət nəinki problemi həll etməyəcək, əksinə məsafələri dərin və küdurətləri genişləndirəcəkdir.