Vilayəti Beyrutda Livan Hizbullahının baş katibi ilə görüşüb
Dek 01, 2015 14:15 Asia/Baku
-
Vilayəti Beyrutda Livan Hizbullahının baş katibi ilə görüşüb
Livan Hizbullahının baş katibi və İslam İnqilabının Böyük Rəhbərinin müşaviri region prosesləri və terrorizmlə mübarizə məsələsini araşdırıblar.
Səhər Beynəlxalq Televiziyasının Təsnim Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahla görüşdə Suriyada müqavimət qüvvələrinin son qələbələri, regional vəziyyət və gələcək perspektiv barədə fikir mübadiləsi aparıb.Vilayəti bu görüşdə deyib: İran İslam Respublikası terrorizm, təkfirçi və radikal qruplaşmalarla mübarizədə sonuna qədər müqavimət göstərəcək.
Vilayəti əlavə edib: Region prosesləri və son qələbələr İran İslam Respublikası, Hizbullah, Suriya, Livan, İraq və Rusiya xalqı və dövlətlərinin müqavimətinin nəticəsidir və ümid olunur ki, bu istiqamətdə qələbələr artacaqdır.
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri bildirib: Yəqin ki, fitnəkarların nəhs planlarının qarşısı alınacaq və radikal, təkfirçi və terror cinayətlərinə son qoyulacaq.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah da bu görüşdə regional proseslərlə əlaqədar məlumat verib və müxtəlif sahələrdə fikir mübadiləsi aparıb.