Vilayəti: İran Suriya xalqı və dövlətinə dəstəklərini davam etdirəcək
Dek 02, 2015 09:27 Asia/Baku
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri İranın Suriya xalqı və dövlətinə dəstəklərinin davam edəcəyini vurğulayaraq deyib: Qərb ölkələri Suriyada terrorizmi dəstəkləməyə son qoymalıdırlar.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Əli Əkbər Vilayəti Dəməşqdə əl-Məyadin telekanalına verdiyi müsahibədə deyib: İran İslam Respublikası əvvəldən Suriya xalqı, dövləti və Bəşşar Əsədin yanında durdu, Suriya xalqı və ordusunun kənarında terrorçularla döyüşür və son qələbəyə qədər Suriyaya öz dəstəklərini davam etdirəcək.Vilayəti Türkiyə tərəfindən rus qırıcısının vurulmasından sonra İranın Rusiya və Suriya ilə əlaqələri barəsindəki suala cavabda deyib: Bu üç ölkə bölgədə strateji əməkdaşdırlar və ümidvarıq ki, 3 ölkə arasındakı bu əməkdaşlıq həssas Yaxın Şərq regionunda sülh və stabilliyin qorunmasına səbəb olacaq və bir daha qarşıdurmaların şahidi olmayacağıq. Bu qarşıdurmalar qərblilər, xüsusilə də ABŞ-ın təhrikedici hərəkətləri və sionist rejim və regionun bəzi mürtəce rejimlərinin köməyi ilə baş verir.
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri əlavə edib: İran qətiyyətlə inanır ki, Suriya böhranının hərbi həll yolu yoxdur və bu ölkə böhranı diplomatik yolla həll olunmalıdır. Xarici müdaxilələr Suriya böhranına son qoya bilməz. Suriya böhranının həll yolu xaricilərin müdaxiləsi olmadan suriyalılar arasında dialoq vasitəsi ilə nəticəyə çatmalıdır.
Vilayəti həmçinin İranın Suriya ilə əlaqədar iclaslarda iştirak edib-etməməsinə dair suala cavabda deyib: İran İslam Respublikası səhnəni başqaları üçün boşaltmaq istəmir və Vyana müzakirələrindəki öz keçmiş mövqeyini qorumaqla Paris və ya Cenevrə iclasında iştirak edəcək. İran Suriya xalqı və dövlətinin qəbul etmədiyi istənilən planı rədd edir.