Direktorlar Şurasının İran əleyhinə 12 qətnaməsi ləğv olunur
-
Direktorlar Şurasının İran əleyhinə 12 qətnaməsi ləğv olunur
İran xarici işlər nazirinin müavini Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının İran əleyhinə 12 qətnaməsinin İranın nüvə proqramlarının ehtimal olunan hərbi cəhətləri işinin bağlandığı halda ləğv olunacağını bildirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini və Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasının izlənilməsi üzrə qərargahın rəhbəri Seyid Abbas İraqçı İranın 1-ci telekanalına verdiyi müsahibədə deyib: AEBA Direktorlar Şurasının qətnaməsinin qüvvəyə minməsi ilə İranın nüvə proqramının ehtimal olunan hərbi cəhətləri işi 15 dekabr səsverməsində bağlanacaq.
İraqçı Direktorlar Şurasının qətnaməsinin ilkin mətnində İranın mövqeyinin nəzərdə tutulduğunu bildirərək əlavə edib: Ötən gün 5+1 qrupu ölkələri ilə qətnamənin ilkin mətni barədə ətraflı məsləhətləşmələr aparıldı.
İraqçı əlavə edib: Bu müzakirələrdən əldə olunan nəticə budur ki, qətnamənin ilkin mətni rəsmi sənəd çərçivəsində 5+1 qrupunun təklifi olaraq Direktorlar Şurasında qeydə alınıb.
İraqçı deyib: İlkin mətnin maddələri tamamilə aydındır və ona əsasən ehtimal olunan hərbi cəhətlər işi birbaşa şəkildə bağlanır və bağlı hesab olunur.
İran xarici işlər nazirinin müavini əlavə edib: Həmçinin İran və AEBA arasında yol xəritəsi tamamlanmış elan olunacaq və bu məsələyə diqqət yetirilir ki, təyin olunan yol xəritəsindəki bütün addımlar atılmış və yekunlaşmışdır.
İraqçı deyib: Həmçinin bu ilkin mətn Direktorlar Şurasının gündəmini dəyişir. Keçmişdə Nüvə Silahlarının Yayılmamasına dair Saziş və Nəzarət müqaviləsi və İran əleyhinə Təhlükəsizlik Şurasının 6 qətnaməsinin müddəaları iş gündəmində idi və bunlar iş gündəmindən çıxarılır və Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasını yeni iş gündəmi olaraq əlavə olunur.