Cabiri Ənsari: İslam ölkələri arasındakı ixtilaf sionist rejimin xeyrinədir
-
Cabiri Ənsari: İslam ölkələri arasındakı ixtilaf sionist rejimin xeyrinədir
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İslam ölkələri daxilində və islam dövlətləri arasındakı istənilən ixtilaf sonda sionist rejimin xeyri ilə nəticələnəcək.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İran XİN sözçüsü Hüesyn Cabiri Ənsari fələstinli tədqiqatçı və Livanın əl-Zeytunə Araşdırmalar Mərkəzinin direktoru Möhsün Salih və Həmas Hərəkatının Tehrandakı nümayəndəsi Xalid Quddumi ilə görüşdə Fələstinin vəziyyəti və region prosesləri barəsində fikir mübadiləsi aparıb.
Cabiri Ənsari bu görüşdə regionun hazırkı vəziyyətinin böhranın yaxşı şəkildə idarə olunmasına ehtiyaclı olduğunu bildirib və hazırkı böhrandan çıxış üçün həll yollarının tapılmasının vacibliyini vurğulayıb.
İran XİN sözçüsünün sözlərinə görə, rəsmi şəkildə region dövlətləri arasında ixtilafların olmasına baxmayaraq, ictimai diplomatiya və media potensiallarından yararlanmaqla müştərək nöqtələri əldə etmək və böhranın həllində müştərək məqsədlər üçün ortaq məxrəclərə gəlmək olar.