Gələn bir neçə gündə İranda zənginləşdirilmiş təxminən 9 ton uran Rusiyaya ixrac olunacaq
İranın Atom Enerjisi Təşkilatının sədri deyib: İranda zənginləşdirilmiş təxminən 9 ton gələn bir neçə gündə Rusiyaya ixrac olunacaq.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Əli Əkbər Salehi Tehranda Əsaslı Bilik Şirkətlərinin 2-ci təqdimat mərasiminin kənarında Rusiya ilə enerji mübadiləsi barədə deyib: İranın enerji mübadiləsi yaxşı irəliləyir və indiyə qədər 137 ton sarı keyk Rusiyada İrana daxil olub və gələn bir neçə gün ərzində İranda zənginləşdirilmiş təxminən 9 ton uran Rusiyaya ixrac olunacaq.
Salehi İranın nüvə proqramı ilə bağlı ötən və hazırkı işin başlanması və Əhatəli Müştərək Təşəbbüs Proqramının icra prosesi barədə deyib: İran qərb ölkələrində istirahət günləri məhdudiyyətlərinə baxmayaraq Əhatəli Müştərək Təşəbbüs Proqramına əsasən məsələni irəlilətmək və 2016-cı ilin yanvar ayının əvvəlinə qədər İrana qarşı sanksiyaların ləğv olunmasına çalışır.