Dek 24, 2015 10:50 Asia/Baku
  • 17-ci Kiş dəniz sənayesi konfransı işini başa vurub
    17-ci Kiş dəniz sənayesi konfransı işini başa vurub

17-ci Kiş dəniz sənayesi konfransı çərşənbə günü axşam ordunun dəniz qüvvələrinin komandanı kontr-admiral Həbibullah Səyyarinin iştirakı ilə İranın Kiş adasındakı beynəlxalq konfranslar mərkəzində işini başa vurub.

IRNA-nın məlumatına görə, 17-ci Kiş dəniz sənayesi konfransının elmi komitəsinn katibi konfransın bağlanış mərasimində deyib: Bu il 430 məqalə almışıq ki, 268 məqalə qəbul olunub və sonda 38 məqalənin sahibləri konfransın keçirildiyi iki gün ərzində şifahi təqdimata müvəffəq olublar, yerdə qalan məqalələr isə plakat formasında təqdim edilib.

Bağlanış mərasimində habelə yekun bəyanat qiraət olunub və onda, dəniz sənayesi ilə bağlı sanksiyalardan sonrakı fürsətlərə diqqət vurğulanıb.

Həmçinin bu bəyanatda dəniz sənayesi İranın altıncı inkişaf proqramında ölkədə məşğulluq və durğunluq böhranından keçmə yolunun bir hissəsi kimi qeyd olunub.

Bu konfrans çərşənbə axşamı günü İranın vitse-prezidenti İshaq Cahangiri və ölkənin sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadənin iştirakı ilə işə başlamışdı.

Teqlər