Dek 24, 2015 17:06 Asia/Baku
  • Xəzər dənizi hövzəsində tranzit koridorunun genişləndirilməsi vacibliyi
    Xəzər dənizi hövzəsində tranzit koridorunun genişləndirilməsi vacibliyi

Türkmənistan yol və nəqliyyat nazirinin müavini Xəzər dənizi hövzəsində tranzit koridorunun genişləndirilməsi vacibliyini vurğulayıb.

IRIB-nin məlumatına görə, Türkmənistan yol və nəqliyyat nazirinin müavini Anadurdı Kasayev çərşənbə günü gecə Tehranda xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin üçüncü iclasının sonunda keçirilən mətbuat konfarnsında deyib: Beş xəzəryanı ölkə arasında razılaşmaların icrası onların nəqliyyatının inkişafında böyük təsirə malik olacaq.

Kasayev əlavə edib: Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin üçüncü iclası beş xəzəryanı ölkənin təsirli və faydalı müzakirələri üçün münasib fürsət idi və iclasda bir çox məsələ, o sıradan infrastrukturların genişlənməsi və ayrı-seçkilik olmadan bir-birilərinin limanları və xidmətlərinə nail olma məsələləri araşdırıldı.

Həmçinin Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov Tehranda xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin üçüncü iclasının sonunda keçirilən mətbuat konfarnsında bu ölkənin prezidentinin Azərbaycan Respublikası dəmiryolunun İran sərhədinə tez bir zamanda qovuşmasına dair göstərişindən xəbər verib.

Məmmədov şimal-cənub koridorunu sahilyanı ölkələrin ən mühüm layihələrindən adlandırıb və belə deyib: Bu dəhlizin yaradılması barədə on ildən çox müzakirə olundu ki, qərar üzrə İran və Azərbaycan Respublikasının dəmir yol xətləri iki ölkə sərhədində bir-birinə qovuşmalı idi. Həmçinin qərara alınıb ki, iki ölkə sərhədindəki Astaraçay körpüsü əlli faizlik birgə investisiya formasında onlar tərəfindən inşa olunsun.

Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin üçüncü iclası İranın yol və şəhərsalma nazirinin və Azərbaycan Respublikası, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələrinin iştirakı ilə çərşənbə günü Tehranda keçirildi.

Teqlər