İslam dünyası əziz peyğəmbərin şəxsiyyətini tanıtdırmaqda böyük məsuliyyət daşıyır
"Məhəmməd Rəsulullah (s.ə.s)" filminin rejissoru Həzrət Məhəmmədin (s.ə.s) şəxsiyyətinin tanıtdırılmasında islam dünyasının vəzifəsini mühüm adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Tehranda keçirilən III Beynəlxalq "Salavat yoldaşları" Konfransında Məcid Məcidi qərblilərin əziz islam peyğəmbərinə hücumu və hörmətsizliyi, qərb tərəfindən islam iddiasında olan bəzi qruplaşmalar yolu ilə islamın simasını mənfi şəkildə təqdim edilməsini islam dünyasının hazırkı problemlərindən adlandırıb və deyib: Bu hücumların əsas səbəblərindən islam dünyasının əziz peyğəmbərin həqiqi simasını tanıtdırmaqda xəbərsiz qalmasıdır.
"Məhəmməd Rəsulullah (s.ə.s)" filminin rejissoru əlavə edib: Təəssüflər olsun ki, bu böyük şəxsiyyətin dünyaya tanıtdırılması üçün layiqli iş görülməmişdir.
Məcidi həmçinin Oskar mükafatının alınması üçün "Məhəmməd Rəsulullah (s.ə.s)" filminin tanıtdırılmasına toxunaraq deyib: Təsəvvür bu idi ki, "Məhəmməd Rəsulullah (s.ə.s)" filmi islamdan dünyaya yeni qapı açsın. Lakin Səudiyyə Ərəbistanı neft dollarları və tamahı ilə islam dünyasında filmin ekranlaşmasının qarşısını alır və digər tərəfdən bu şəxsiyyətin həqiqi simasının dünyaya tanıtdırılmasını istəməyən qərb də bu yolda maneələr yaradır.