Dek 28, 2015 19:13 Asia/Baku
  • Sabah Həzrət Məhəmməd (s.ə.s) və İmam Cəfər Sadiqin (ə) səadətli viladətlərinin ildönümü günüdür
    Sabah Həzrət Məhəmməd (s.ə.s) və İmam Cəfər Sadiqin (ə) səadətli viladətlərinin ildönümü günüdür

Sonuncu ilahi peyğəmbər Həzrət Məhəmməd (s.ə.s) və imamət və vilayət səmasının 6-cı parlaq ulduzu İmam Cəfər Sadiqin (ə) səadətli viladətlərinin ildönümü gecəsində İslami İran şənlik içindədir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, sabah çərşənbə axşamı günü 17 rəbiüləvvəl 1437-ci hicri qəməri ili, 29 dekabr 2015-ci il əziz islam peyğəmbəri Həzrət Məhəmməd Mustafa (s.ə.s) və imamət və vilayət səmasının 6-cı parlaq ulduzu Həzrət İmam Cəfər Sadiqin (ə) səadətli viladətlərinin ildönümü günüdür.

İslami İranın müxtəlif bölgələrində, şiə və sünnilər məscidlər, mənzillər, küçələr və mağazaları rəngli çıraqlar və bayraqlarla bəzəyərək və mərasimlər keçirərək sonuncu ilahi peyğəmbər Həzrət Məhəmmədin (s.ə.s) viladətinin ildönümü gecəsini şənlik edirlər.

Sünni tarixinə əsasən 12 rəbiüləvvəl əziz islam peyğəmbərinin viladətinin ildönümü günüdür və şiələr də 17 rəbiüləvvəli Allahın rəsulunun viladəti hesab edirlər.

İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) təşəbbüsü ilə 12-17 rəbüləvvəl Həzrət Rəsul-Əkrəmin (s.ə.s) viladəti günləri olaraq Vəhdət Həftəsi adlandırılmışdır.

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı sonuncu peyğəmbər Həzrət Məhəmmədin (s.ə.s) və imamət və vilayət səmasının 6-cı parlaq ulduzu Həzrət İmam Cəfər Sadiqin (ə) səadətli viladətləri münasibəti ilə bütün müsəlmanları və dünyanın digər azadlıqsevərlərini təbrik edir.

Teqlər