Dek 30, 2015 11:26 Asia/Baku
  • 29-cu Beynəlxalq İslam Vəhdəti Konfransının yekun bəyanatı
    29-cu Beynəlxalq İslam Vəhdəti Konfransının yekun bəyanatı

29-cu Beynəlxalq İslam Vəhdəti Konfransının iştirakçıları Azərbaycan hökumətindən istəyiblər ki, Azərbaycan Respublikası xalqının hüquqlarına zəmanət versin və son vaxtlar müsəlmanlar barəsində baş verən hadisə kimi istənilən zülmkar əməldən çəkinsin.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, 29-cu Beynəlxalq İslam Vəhdəti Konfransı ötən gün Tehranda bəyanat verməklə öz işinə yekun vurub.

İştirakçılar son vaxtlar Nigeriya və Azərbaycan Respublikasında da şahidi olduğumuz kimi, müsəlmanların müqəddəslərinə təcavüzlə nəticələnən dini və etnik fitnələri alovlandırmağı pisləyib və Nigeriya rəsmilərindən istəyiblər ki, yüzlərlə müsəlmanın həlak olması və yaralanması ilə nəticələnən bu fitnənin amillərinin müəyyənləşdirilməsi ilə İslam Hərəkatının baş katibi səbirli mücahid Şeyx İbrahim Zəkzəkinin taleyini müəyyənləşdirsin və onu sağlam şəkildə ailəsinə qaytarsın.

İştirakçılar həmçinin Azərbaycan hökumətindən istəyiblər ki, Azərbaycan Respublikası xalqının hüququna zəmanət versin və son vaxtlar bu ölkə müsəlmanlarına qarşı baş verən hadisə kimi istənilən zülmkar əməldən çəkinsin.

Konfrans iştirakçıları sionizm və beynəlxalq imperializmin mənafeyinə xidmət istiqamətində baş verən bəzi islam ölkələri, xüsusilə də Suriya, Yəmən və İraqdakı təhlükənin hərtərəfli şəkildə məhv edilməsini qeyd edib və bu ölkələrin parçalanmasının qarşısını almaq və regionda sülh və təhlükəsizliyin bərqərar olunması məqsədilə əlavə səylərin həyata keçirilməsi və bütün imkanların səfərbər olunmasını istəyiblər.

İslam Vəhdəti Konfransı 3 gün müddətinə Tehranda İran və 70 ölkədən 600-dən çox mütəfəkkirin iştirakı ilə keçirilib.

Teqlər