Dek 31, 2015 09:26 Asia/Baku
  • İran Pakistandakı terror aktını pisləyib
    İran Pakistandakı terror aktını pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Pakistanda törədilmiş son terror hərəkətini pisləyib.

Fars xəbər agentliyinin məlumatına görə, Sadiq Hüseyn Cabiri Ənsari çərşənbə günü Pakistanın Pextunxa əyalətinin Mərdan şəhərində törədilmiş və onlarla mülkinin ölməsi və yaralanması ilə nəticələnmiş son terror əməliyyatını pisləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü bu terror hərəkəti ilə bağlı hadisə qurbanlarının ailələri, bu ölkənin xalqı və dövlətinin kədərinə şərik çıxıb, başsağlığı verərək, əlavə edib: İran İslam Respublikası bu terror hərəkətlərini yalnız Pakistan xalqı və İslam dünyası düşmənlərinin nəhs hədəfləri istiqamətində hesab edir.

Çərşənbə axşamı günü Pakistanın Pextunxa əyalətinin Mərdan şəhərində Milli İnformasiyaların Qeydiyyatı ofisinin qarşısında baş verən partlayış nəticəsində 21 nəfər ölüb, 56 nəfər də yaralanıbdır.

Teqlər