Dek 31, 2015 18:11 Asia/Baku
  • Vilayəti: Amerika konqresinin sanksiyaları nüvə anlaşmasına ziddir
    Vilayəti: Amerika konqresinin sanksiyaları nüvə anlaşmasına ziddir

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Amerika konqresinin İrana qarşı son qərarını nüvə anlaşmasına zidd hesab edib.

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Fars xəbər agentliyi ilə müsahibədə Amerika konqresinin İrana qarşı sanksiyaları artırmaq üçün "Amerika vizasının ləğvi proqramı qanunu" adlı son qərarını tənqid edərək, vurğulayıb ki, bu hərəkətlər tamamilə nüvə anlaşması prinsipinə ziddir və İran İslam Respublikası tərəfindən cavabsız qalmayacaqdır.

Vilayəti sanksiyaların artırılmasının İran İslam Respublikasının etimad hissinə mənfi təsir göstərəcəyini bildirərək, deyib: Nüvə anlaşmasında öhdəlik götürülmüşdü ki, 5+1 tərəflərindən heç biri İrana qarşı iqtisadi təzyiqləri artırmamalıdır.

Teqlər