Vilayəti: İran qüdrət mövqeyindən Ərəbistanla gərginliyi həll edir
İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri deyib: İran Ərəbistanla gərginliyi artırmaq ardınca deyil, qüdrət mövqeyi ilə bu böhranın həlli ardıncadır.
Səhər Beynəlxalq Televiziyasının Təsnim Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əli Əkbər Vilayəti Ərəbistanın İranın həqiqi qüdrətini dərk etdiyini bəyan edərək deyib: İran ümidvardır ki, region böhranları tezliklə sona çatsın və Tehranın indiyə qədər səyləri bu böhranların həlli istiqamətində olmuşdur.
Vilayəti Ərəbistanın regionu de-stabil etməkdə əsaslı rola malik olduğuna toxunaraq əlavə edib: Əfqanıstanda Taliban və əl-Qaidənin iş başına gəlməsi Ərəbistanın maliyyə dəstəyi ilə olmuşdur. Bu da səudiyyəlilərin regionda təxribatçı keçmişini əks etdirir.
Vilayəti deyib: Səudiyyəlilər islam ölkələrində dini məktəblərdə nüfuz edərək və ifratçı sələfi düşüncələrini təbliğ edərək Yaxın Şərq və Afrikada İŞİD, əl-Nüsrə Cəbhəsi, Ceyşül-İslam və Boko Haram kimi terror qruplaşmalarının yaranmasına səbəb olmuşlar.
İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri xatırladıb: Suriya, İraq və Yəməndə İŞİD terror qruplaşmasının məğlub olması və Ərəbistanın dünyanın ümumi fikrində pislənilməsi ilə səudiyyəlilərin saxta qorxuncluğu məhv olmuşdur.
Vilayəti Ərəbistanın İran qarşısında gərginlik yaratması və ərəbistanlı nüfuzlu alim Şeyx Nimr Baqir əl-Nimri edam etməsi barəsində də deyib: Ərəbistan İranın 5+1 qrupu ilə nüvə anlaşmasından narazılıq edərək qərb, xüsusilə də Amerikanın Yaxın Şərqdə dəstəklədiyi ifratçı qüvvələr və terrorçulara dəstəyini əldə etməyə çalışır.