Yan 18, 2016 14:15 Asia/Baku
  • İran XİN sözçüsünün mətbuat konfransı
    İran XİN sözçüsünün mətbuat konfransı

İran Xarici İşlər Nazirliyinin sözçüsü daxili və xarici müxbirlərlə həftəlik brifinqində sionist rejimin hərəkətləri haqda deyib ki, sionist rejim Asiyanın qərbində və dünyada əmin-amansızlıq və səbatsızlıq mərkəzi və region və dünyada terrorizm dalğasının genişlənməsinin tarixi sahələrindəndir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü daxili və xarici müxbirlərlə həftəlik brifinqində Səhər telekanalı müxbirinin "Nüvə anlaşmasının icrasından sonra İranın, sionist rejimlə əlaqələrini genişləndirməkdə olan Azərbaycan Respublikası və Türkiyə ilə əlaqələri və onların qarşısındakı mövqeləri necə olacaq?" sualının cavabında deyib: İranın sionist rejim qarşısındakı mövqeyi dəyişilməzdir. Bu rejim dünyada səbatsızlıq, təfriqə və terrorizm mərkəzidir. Hamıya aydındır ki, terrorizm dalğası İsraildəndir və bu qəsbkar rejimlə əlaqələrini genişləndirməkdə olan hər bir region ölkəsi əslində regionda əmin-amansızlıq və səbatsızlıq sahələrinin genişlənməsinə kömək etmş olacaqlar. Ümid edirik ki, region ölkələri, xüsusən İranın qonşuları, İsrail rejimi ilə əlaqələrində lazımi diqqətə malik olacaqlar.

Cabiri Ənsari əlavə edib: Region ölkələri özlərinin anlaşma və həmkarlıqlarını hər nə qədər artırarlarsa, bir o qədər sionist rejimin regionda əmin-amansızlıq və səbatsızlıq yaratma və ixtilaf salma üzrə uğur sahələri azalmış olacaq və İran bu çərçivədə ölkələr qarşısında öz fəal siyasətini yürüdür.

Ənsari deyib: İran İslam Respublikası bu sahədə bütün dost ölkələrin köməyini alqışlayır. Nüvə anlaşmasının icrasından sonrakı şəraitdə iqtisadi həmkarlıqlar səviyyəsinin təyini barədə təsirli göstəricilərdən biri, ölkələrin sanksiyalar dövründə İranla bir növ anlaşmalarıdır.

Ənsari habelə Səhər telekanalı müxbirinin "Nüvə anlaşmasının icrasından sonra xəzəryanı ölkələr İranın hüquq və mövqelərini rəsmən tanıyacaqlarmı?" sualının cavabında deyib: Ümid edirik ki, yeni atmosfer sahilyanı ölkələr arasında daha artıq həmkarlıq sahəsi yaradacaq. İranın qanuni və tarixi bölmələrdə Xəzər dənizindəki hüququ müxtəlif hadisələrdən və SSRİ-nin dağılmasından sonra daim xəzəryanı ölkələr tərəfindən müzakirə olunub və bu müzakirələr davam etməkdədir. O, əlavə edib: İran bu danışıqlar formasında özünün maraq və hüquqlarının reallaşması ardınca olacaq. Ümid edirik ki, yeni atmosfer sahilyanı ölkələr arasında daha artıq həmkarlıq sahəsi yaradacaq və qənaətbəxş nəticə alınacaqdır.

Teqlər