Yan 24, 2016 11:29 Asia/Baku
  • Cabiri-Ənsari: Ərəbistanın regiondakı siyasəti qarşıdurma siyasətidir
    Cabiri-Ənsari: Ərəbistanın regiondakı siyasəti qarşıdurma siyasətidir

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, Ərəbistan regionda mühafizəkar xarici siyasətdən çıxaraq, müxalifət siyasəti yürüdür.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri-Ənsari şənbə günü Tehran-Ərriyad münasibətlərindəki son hadisələr barərə Fars xəbər agentliyi ilə müsahibədə əlavə edib ki, Ərəbistan regionda mühafizəkar xarici siyasət yerinə hücum və daha sərt siyasət yürüdür və bu münasibətin əsası, qarşıdurmadır.

Cabiri-Ənsari deyib: Səudiyyəlilər daxili, regional və beynəlxalq dəlillərə görə, elə zənn edirlər ki, özlərinin milli maraqları və təhlükəsizliklərini qorumaq üçün müxalifət etməlidirlər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Pakistanın baş naziri Nəvaz Şərifin İran ilə Ərəbistan arasında vasitəçilik etmək hədəfilə Tehrana səfəri barədə deyib ki, bu səfər Pakistanın baş nazirinin xahişilə həyata keçib və Nəvaz Şərifin səylərinin uğuru Ərəbistanın gərginlik yaratma münasibətinin dəyişməsindən asılıdır.

Teqlər