Fev 14, 2016 20:36 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbərinin Qana prezidenti ilə görüşdə bəyanatı
    İslam İnqilabının Böyük Rəhbərinin Qana prezidenti ilə görüşdə bəyanatı

İslam İnqilabının Böyük Rəhbəri İranın Suriya məsələsindəki sabit siyasətini "sülh tərəfdarlığı" adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bazar günü axşam Tehranda Qananın prezidenti John Dramani Mahama və onu müşayiət edən yüksək səviyyəli heyətlə görüşdə vurğulayıblar: İran daim çalışıbdır ki, Suriya məsələsi bu ölkə xalqının xeyrinə qurtarsın və etiqad bunadır ki, bir ölkənin xaricindən onun xalqı üçün əlac resepti yazmaq olmaz.

Həzrət Ayətullahuluzma Xamenei söyləyiblər: Amerikalılar və avropalılar Suriya xalqı üçün vəzifə təyin edə bilməzlər və Suriya xalqının özü öz gələcəyi haqda qərar çıxarmalıdır.

İslam İnqilabının Böyük Rəhbəri "Necə olur ki, iri həcmdə modern silah və pul terrorçuların ixtiyarına keçir?" sualını verərək, əlavə ediblər: Bütün problemlərin kökü, zalım qüdrətlərdirlər ki, Amerika onların başında durur və sionist rejim də şər işlər simvoludur.

O həzrət Suriya məsələsinin həll və terrorizm və Fələstin xalqının əzabları kimi problemlərlə mübarizə yolunun müstəqil ölkələrin daha artıq həmkarlığından asılı olduğunu bildiriblər.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin İranın İslam İnqilabının əvvəlindən Afrika ölkələri ilə münasibətləri genişləndirmək üzrə müsbət və himayədarcasına baxışına işarə edərək, belə qeyd ediblər: Hegemonçu qüdrətlər İranın Afrika ilə səmimi əlaqələri ilə müxalifdir, həmçinin terror qruplarının təmin olunmaları, müharibə və qarşıdurmaların başlıca mənşəyidirlər.

Həzrət Ayətullahuluzma Xamenei daha sonra deyiblıər: Asiyanın qərb məntəqəsində və Afrikadakı terror qrupları Amerika, İngiltərə və sionist rejimin yetişdirmələridirlər.

İslam İnqilabının Böyük Rəhbəri müstəmləkəçilərə qarşı olan bəzi afrikalı şəxsiyyətlərin istiqlalsevər mübarizələrini yüksək qiymətləndirərək, vurğulayıblar: Bu görkəmli şəxsiyyətlər dünyada afrkalı mahiyyətini yüksəldiblər.

Teqlər