Mart 05, 2016 14:23 Asia/Baku
  • Ayətullah Vaiz Təbəsinin dəfn mərasimi
    Ayətullah Vaiz Təbəsinin dəfn mərasimi

Qüds Rəzəvinin idarə heyətinin rəhbəri və Vəliyyi Fəqihin Rəzəvi Xorasanı, Şimali Xorasan və Cənubi Xorasan vilayətlərindəki nümayəndəsi Ayətullah Abbas Vaiz Təbəsinin dəfn mərasimi quruluşn yüksək səviyyəli rəsmiləri və xalq kütlələrinin iştirakı ilə Müqəddəs Məşhəd şəhərində keçirilib və dəfn olunub.

Ayətullah Abbas Vaiz Təbəsi cümə gecə 4 martda illərlə Rəzəvi ziyarətgahının zəvvarlarına xidmətin göstərilməsi üçün səy göstərdikdən və din və inqilab yolunda çalışdıqdan sonra, tənəffüs çatışmazlığı xəstəliyi və komaya düşməklə Müqəddəs Məşhəd şəhərində 80 yaşında dünyaya gözlərini yumdu.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu alimin meyyit namazını Rəzəvi pak ziyarətgahında qılıblar.

İslam İnqilabının Böyük Rəhbəri bu ilahi alimə meyyit namazı qılaraq və fatihə oxuyaraq ona Allah-Taaladan rəhmət diləyiblər.

Ayətullah Vaiz Təbəsinin dəfn mərasimində prezident Həsən Ruhani, İslam Şurası Məclisinin sədri Əli Laricani, Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani, bir qrup ölkə və ordu rəsmisi iştirak edib.

İran İslam Respublikası prezidenti Ayətullah Vaiz Təbəsinin dəfn mərasimində deyib: Bu ilahi alim İslam İnqilabının qələbəsindən həm öncə, həm də sonra islam quruluşuna böyük xidmətlər göstərən mübariz ruhanilərdən biri idi.

Ruhani deyib: Bu böyük şəxsiyyət həmişə İmam Xomeyni (rə) və İslam İnqilabının Böyük Rəhbərinin yaxın adamlarından idi.

İslam Şurası Məclisinin sədri Əli Laricani də deyib: Ayətullah Vaiz Təbəsi inqilabın yaxınlarından idi və elə hərəkatın əvvəlindən inqilabın və ölkənin məqsədlərinin irəlilədilməsində əsaslı rola malik idi.

Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani də deyib: Ayətullah Vaiz Təbəsi inqilabın qələbəsi və ondan sonra islam quruluşunun qorunmasında çoxlu səylər göstərən mücahid alim idi.

Böyük təqlid mərcələri islam quruluşunda təsiredici rola malik olmuş simalardan Ayətullah Vaiz Təbəsinin vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Ayətullah Vaiz Təbəsi İslam İnqilabının qələbəsindən sonra həmişə quruluşun arxalarından biri olaraq diqqət mərkəzində durmuş və İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni (rə) tərəfindən Böyük Xorasan vilayəti və Qüds Rəzəvinin idarə heyətinin rəhbəri təyin olundu. İmam Xomeynin (rə) vəfatından sonra bu qərar İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei tərəfindən təsdiqləndi.

Rəzəvi Xorasanı, Şimali Xorasanı və Cənubi Xorasan vilayətlərində Vəliiyyi Fəqihin nümayəndəsi Müqəddəs Rəzəvi Ziyarətgahında xidmətdən əlavə, Məsləhət Şurası və Rəhbərlik Xobrəqan Məclisinin 3-cü dövrünün üzvü olmuş, Xorasan Dini Elmlər Hövzəsinin rəhbərlik etmişdir. Eləcə də islam və islam quruluşunun yüksəlişində çoxlu səylər göstərmişdir.

Teqlər