İnqilab Rəhbəri ağac əkdilər
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə axşamı günü bir ağac əkiblər.
Həzrət Ayətullahülüzma Xamenei çərşənbə axşamı günü Təbii Ehtiyatlar Həftəsi münasibəti ilə bir ağac əkdikdən sonra bəşər həyatının bərəkət mənbəyi olan bitki və ağacların qədrini bilməyin zəruriliyini vurğulayaraq deyiblər: Bütün vətəndaşlar və rəsmilər yaşıllığın, xüsusilə də meşələr və otlaqların qorunmasında bir nömrəli vəzifə olaraq çalışmalıdırlar.
O həzrət meşələrə bəzi əllərin atılması nəticəsində əsil və yerli bitki növlərinin məhv edilməsinə işarə edərək xatırladıblar: Meşələr və bağlara hücum məsləhətin əksinədir və bəzi əsil növlərin məhv olması təhlükəsi vardır. Buna görə, hamının vəzifəsi yaşıllığı qorumaqdır.
İslam İnqilabının Böyük Rəhbərinin bir ağacı əkməsi mərasimində kənd təsərrüfatı naziri, Vəliyyi Fəqihin nazirlikdəki nümayəndəsi və Tehran meri iştirak ediblər.