Mart 09, 2016 14:45 Asia/Baku
  • Ayətullah Məkarim Şirazi: Ərəb başçıları Hizbullahın iftixarlarına kölgə sala bilməzlər
    Ayətullah Məkarim Şirazi: Ərəb başçıları Hizbullahın iftixarlarına kölgə sala bilməzlər

Təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi deyib: Ərəb ölkələri başçıları öz rüsvayçı qərarları ilə Livan Hizbullahının ixtixarlarını gizlədə bilməzlər. Hizbullah qəhrəman olaraq qalacaq.

İRNA-nın məlumatına görə, bu təqlid mərcəyi çərşənbə günü Qum şəhərində deyib: Ərəb tarixi Hizbullah kimi şücaət və şəhaməti az görüb. Çünki, Hizbullah İsrailin məğlubedilməzlik əfsanəsini puça çıxartdı.

Fars Körfəzi Əməkdaşlıq Şurası ötən çərşənbə günü Livan Hizbullahının adını terrorçu qruplaşmalar siyahısına daxil etdi.

Bunun ardınca Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirləri də Hizbullahı "terrorçu" elan etdilər.

Bu addım müqavimət cəbhəsini himayə edən ölkələr və qruplar tərəfindən kəskin formada tənqid edilən bu addım İsrail rejiminin sevinci və razılığı ilə yanaşı olub.

Teqlər