İnqilab Rəhbəri Vyetnam prezidentini qəbul ediblər
İslam İnqilabının Böyük Rəhbəri: Asiya ilə əməkdaşlıq İran İslam Respublikasının qəti siyasətidir.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə axşamı Vyetnam prezidenti Tranq Tan Sanq ilə görüşdə Asiya o cümlədən Vyetnam ilə əməkdaşlığı İranın qəti siyasətlərindən adlandırıb və deyiblər: Biz, sizin beynəlxalq dairələrdəki əməkdaşlıqlarınızdan da xəbərdarıq və inanırıq ki, mümkün olduğu qədər əlaqələri genişləndirmək lazımdır.
İnqilab Rəhbəri əlavə ediblər: Vyetnam xalqının və Huşi Mine və general Cyap kimi tanınmış simalarının şücaəti və müqaviməti Vyetnam xalqının İran xalqının gözündə etibarlı, hörmətə layiq bir xalq kimi tanınmasına səbəb olub. Və bu yekdillik və hörmət əlaqələrin genişləndirilməsi üçün böyük bir sərmayədir.
İslam İnqilabının Böyük Rəhbəri dünyanın böyük qüdrətlərinin digər ölkələrin daxili işlərin müdaxilə etmək üzrə səylərinə işarə edərək, deyiblər: Bu müdaxilələr bəzən Vyetnam müharibəsində olduğu kimi, müharibələrin törədilməsi yolu ilə, bəzən də digər metodlardan istifadə edilərək, gerçəkləşdirilir. Bu müdaxilələri önləmək üçün isə müstəqil ölkələrin bir-birinə yaxınlaşması, əməkdaşlıq etməsi lazımdır.
Vyetnam prezidenti Tranq Tan Sanq da bu görüşdə Vyetnamı himayə etməsinə görə İrana təşəkkür edib və nüvə enerjisindən dinc məqsədlər üçün istifadəni İranın danılmaz haqqı adlandırıb.
Tranq Tan Sanq İnqilab Rəhbərinin Vyetnam xalqının mübarizələri ilə bağlı söylədikləri sözləri də yüksək qiymətləndirib və deyib: Vyetnam xalqı on illər boyunca əcnəbilərin hücumları qarşısında müqavimət göstərdi və sonda öz müstəqilliyi və azadlığını əldə etməyi bacardı.
Tranq Tan Sanq daha sonra İran və Vyetnam arasında əlaqələrin genişləndirilməsinə təkid və ümidvarlıq edib ki, İran İslam Respublikası Şərqə diqqət siyasəti çərçivəsində keçmişdə olduğu kimi bundan sonra da Vyetnamı özünün əsas şəriklərindən biri olaraq görəcək.