Mart 20, 2016 09:15 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbərinin novruz müraciəti
    İslam İnqilabının Böyük Rəhbərinin novruz müraciəti

İslam İnqilabının Böyük Rəhbərinin 1395-ci ildə novruz müraciəti

بسم الله الرحمن و الرحیم

یا مقلب القلوب و الابصار ، یا مدبراللیل و النهار ، یا محول الحول و الحوال ، حول حالنا الی احسن الحال

السلام علی الصدیقه الطاهره ، فاطمه المرضیه بنت رسول الله صلی الله علیه و آله و السلام علی ولی الله الاعظم ارواحناء فدا و عجل الله الفرجه

Novruz bayramı münasibətilə bütün iranlı ailələri, dünyanın hər bir nöqtəsində olan iranlıları təbrik edirəm. Bayramınız mübarək olsun, əziz həmvətənlər!

Xüsusən əziz şəhid ailələrini, əziz müharibə əlillərini, onların möhtərəm ailələrini və bütün fədakar döyüşçüləri təbrik və möhtərəm şəhidlərimizin və əziz imamımızın xatirəsini yad edirəm.

Başlayan il, 1395-ci il həm başlanğıcda, həm də sonda Həzrət Zəhra səlamullah ələyhanın mübarək adı ilə təbərrük olubdur. Həm bu ilin əvvəli, həm də sonu o böyük şəxsiyyətin qəməri ayları ilə mövlud gününə təsadüf edir.

Buna görə, ümid edirik ki, inşaallah, 1395-ci il Həzrət Zəhra(s.ə)-nın bərəkətinə İran xalqı üçün mübarək il olacaq və o böyük şəxsiyyətin mənəviyyatından, göstərişlərindən və həyatından dərs alacaq və bəhrələnəcəyik.

Başa çatan il, 1394-cü il bütün digər illər kimi, acılıqlar və şirinliklər, enişlər və yoxuşlarla dolu idi. Həyatın təbiəti budur.

Mina hadisəsinin acılığından 22 bəhmən yürüşü və 7 isfənd seçkilərinin şirinliklərinədək.

Nüvə anlaşması təcrübəsində yaranmış ümidlərdən onun kənarında mövcud olan nigaranlıqlaradək; bütün bunların hamısı, ilin hadisələrindən idi və bütün illər bu cürdürlər.

İnsan ömrünün illəri və günləri fürsətlər və təhdidlərlə dolu olur. Bizim hamımızın səyi bu olmalıdır ki, fürsətlərdən istifadə edək və təhdidləri fürsətlərə çevirək.

1395-ci il qarşımızdadır. Bu ildə də həmişə olduğu kimi, fürsət və təhdidlər mövcuddur və hamımız çalışmalıyıq ki, bu ilin fürsətlərindən sözün əsl mənasında, istifadə edək və ölkə həmin ilin əvvəlindən sonunadək hiss olunacaq fərqlər tapmış olsun.

1395-ci il üçün ümidlər mövcuddur. İnsan vəziyyətlər məcmusuna baxanda ümidlər müşahidə edir. Əlbəttə, bu ümidlərin həyata keçməsi üçün çalışmaq, gecə-gündüzlü fəaliyyət göstərmək, durmadan çalışmaq və səy göstərmək lazımdır.

Əsl məsələ bundan ibarətdir ki, İran xalqı elə bir iş görə bilməlidir ki, özünü düşmənlərin təhdidləri və onların düşmənçilikləri qarşısında tez zərər çəkə bilməkdən çıxarsın.

Biz elə bir iş görməliyik ki, düşmənlərin təhdidləri qarşısında tez zərər çəkməyək və bunu sıfıra endirək.

Zənnimcə, iqtisadiyyat məsələsi birrinci prioritetdir, yəni prioritetli məsələlər arasında insan nəzər salarkən, hamısından təcili və hamısından yaxını, iqtisadiyyat məsələsidir.

Əgər Allah-Taalanın köməkliyi ilə həm xalq, həm də dövlət, müxtəlif məsul şəxslər iqtisadiyyat məsələsində düzgün və vaxtlı işlər görə bilərlərsə, ümid olunur ki, digər məsələlərdə, o cümlədən ictimai məsələlərdə, ictimai zərərlərdə, əxlaqi və mədəni məsələlərdə də təsirli olacaq.

İqtisadi məsələlərdə əhəmiyyətli və əsaslı mövzu, daxili istehsal məsələsidir, iş yerləri yaratmaq və işsizliyi aradan qaldırmaq məsələsidir. İqtisadi rövnəq və hərəkət, həm də durğunluqla qarşılaşma məsələsidir. Bunlardır xalqın məsələləri. Bunlar xalqın hiss etdiyi və tələb etdiyidir. Məsul şəxslər də bunları statistik məlumatlarda göstərirlər və xalqın bu istək və tələbləri tam yerlidir. Bütün bunların əlacı, əgər biz durğunluq çətinliyini həll etmək istəsək, daxili istehsal məsələsini həll etmək istəsək, işsizlik məsələsini həll etmək istəsək, bahalığın qarşısını almaq istəsək, bütün bunlar, iqtisadi müqavimət və müqavimət iqtisadiyyatında məna tapa bilər. Müqavimət iqtisadiyyatını bütün bunlar əhatə edir. Müqavimət iqtisadiyyatı sayəsində işsizliklə qarşılaşmaq olar, durğunluqla qarşılaşmaq olar, bahalığı aradan qaldırmaq olar, düşmənlərin hədələri qarşısında dayanmaq olar, ölkə üçün bir çox fürsətlər yaratmaq və həmin fürsətlərdən istifadə etmək olar.

Bütün bunların şərti odur ki, müqavimət iqtisadiyyatı uğrunda səylər və işlər görülmüş olsun. Dövlətdəki qardaşlarımızın bizə verdikləri məlumatlar göstərir ki, geniş işlər görülüb, ancaq bu işlər ilkin işlərdir. Müxtəlif orqanlara verilən göstərişlər və sərəncamlar həddindədir. Amma davamlı olaraq, izlənməli olan məsələ, addım atmaq və əməl etmək, işin nəticəsini yer üzərində xalqa göstərməkdir. Budur, bizim vəzifəmiz. İnşaallah, onun şərhini gələn çıxışlarda əziz xalqımızın nəzərinə çatdıracağam.

Beləliklə, mənim bu il üçün seçdiyim şüar, "Müqavimət iqtisadiyyatı, addım atmaq və əməl etmək"dir. Müqavimət iqtisadiyyatı, addım atmaq və əməl etmək. Bu, bizim ehtiyac duyduğumuz istiqamətə doğru düzgün və doğru yoldur. Əlbəttə, gözləmirik ki, bu addım atmaq və əməl etmək düz bir il ərzində bütün problemləri həll etmiş olsun, ancaq əminik ki, əgər addım atmaq və əməl etmək düzgün proqramlaşdırma əsasında həyata keçirilərsə, biz bu ilin sonunda onun əsər və əlamətlərini müşahidə etmiş olacağıq. Bu yolda çalışan və çalışacaq bütün insanlara təşəkkür edirəm. Bir daha əziz xalqımızı salamlayır və onu təbrik edirəm və Allah-Taalanın salavatını Həzrət Muhəmməd və Ali-Muhəmmədə və Həzrət Bəqiyətallah Əzəm salavatullah ələyhi və ərvahuna əlfidaya diləyirəm.

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatu.

Teqlər