Mart 20, 2016 12:40 Asia/Baku
  • İranlılar 1395-ci günəş ilinə başlayıblar
    İranlılar 1395-ci günəş ilinə başlayıblar

On minlərlə iranlı yeni ili Məşhəd və Qum şəhərlərində dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rza(ə) və onun əziz bacısı Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın müqəddəs ziyarətgahlarında başlayıblar.

IRIB-nin məlumatına görə, yeni il mərasimi şənbə günü gecə və bazar günü səhər Məşhəd və Qum şəhərlərində dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rza(ə) və Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın müqəddəs ziyarətgahlarında Quran qiraəti, çıxış və Təvəssüül duasının qiraəti ilə başlayıb.

Bu məlumata görə, Məşhəd və Qum şəhərlərinin sakinlərindən böyük bir qrupu, həmçinin İranın yaxın və uzaq şəhərlərindən olan zəvvarlar bu iki şəhərə gəlmişdilər ki, yeni ilin təhvili anında bu pak ziyarətgahların mənəvi mühitində olmuş olsunlar.

Yeni ilin başlanması və novruz bayramı münasibətilə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bazar günü axşam müqəddəs Məşhəd şəhərində İmam Rza(ə)-ın pak ziyarətgahında zəvvarlar qarşısında çıxış edəcəklər.

Tehranda İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in pak ziyarətgahı da yeni günəş ilinin başlanması münasibətilə bazar günü iranlı ailələrin iştiraknın şahididir.

Belə bir halda, İranın cənubundakı Fars ostanı və Şiraz şəhərinin vilayətyönlü əhalisi və novruz müsafirləri yeni ilin başlanmasını Həzrət Əhməd ibn Musa- Şahçerağ(ə)-ın pak ziyarətgahında qeyd ediblər.

Buna bənzər mərasimlər Quş şəhərindəki müqəddəs Cəmkəran məscidində, ölkə boyu mübarək məkanlarda və şəhidlər gülüstanlarında İran xalqının əzəmətli iştirakı ilə keçirilib.

Teqlər