İslam İnqilabının Böyük Rəhbərinin pak Rəzəvi hərəmindəki bəyanatı
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bazar günü müqəddəs Məşhəd şəhərində dünya şiələrinin səkkizinci imamı Həzrət Əli ibn Musa Əlrza(ə)-nın pak ziyarətgahında bəyanat veriblər.
Həzrət Ayətullahuluzma Xamenei Rəzəvi hərəminin zəvvarları qarşısında Amerikanın İranla düşmənçiliyinin davam etməsinə toxunaraq, qeyd ediblər ki, İran İslam Respublikası Amerika qarşısında özünün prinsip və mövqelərindən geri çəkilməyəcək.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Amerika istəyir ki, İran İslam Respublikası Quruluşu region məzlumlarından və Fələstin, Qəzzə, Yəmən və Bəhreyn xalqlarından vaz keçsin və onları siyasi cəhətdən dəstəkləməsin.
O həzrət vurğulayıblar ki, onlar, yəni Amerika başda olmaqla hegemonçu sistem Suriya, İraq və Fələstin məsələlərində aciz qalıblar və bu acizliyin İrana görə olduğunu qeyd edirlər.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin müştərək addım üzrə əhatəli proqrama toxunaraq, bildiriblər ki, Amerika nüvə razılaşmasında öz öhdəliklərinə əməl etməyib və sanksiyaları davam etdirir.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin regiondakı bəzi ölkələr və dövlətlərin sionist rejimlə yola gəlmələrinə işarə edərək, deyiblər: Onlar istəyirlər ki, İran İslam Respublikası da sionist rejimlə yola gəlsin.