Mart 28, 2016 13:23 Asia/Baku
  • İran Bağdad və Lahur terror aktlarını qınadı
    İran Bağdad və Lahur terror aktlarını qınadı

İran Xarici İşlər Nazirliyinin sözçüsü İraqın paytaxtı Bağdadda və Pakistanın Lahur şəhərində törədilən son terror aktlarını qınayıb.

İran XİN sözçüsü Həsən Cabiri Ənsari Bağdadın cənubunda bir stadionda və Lahurun "Qolşəne Eqbal" parkında törədilən terror aktlarını qınayaraq, bu iki terror aktında həyatını itirənlərin ailələrinə, İraq və Pakistan xalqı və dövlətinə başsağlığı verib.

Həsən Cabiri Ənsari daha sonra deyib: Bir stadion və bir parkı hədəf alan bu iki terror aktından aydın olurki, terrorçular və ifratçılar bəşəriyyətin bütün adi həyat sahələrini hədəfə alıblar. Heç bir məkan və ya ictimai mövqeyindən asılı olmayaraq, heç bir şəxs bu təhlükədən amanda deyil.

"Region və dünyanın müxtəlif nöqtələrində qanlı terror aktlarının təkrarlanması terrorizm və ifratçılıq kimi nəhs fenomenlər ilə beynəlxalq səviyyədə təcili və təsirli tədbirlərin görülməsini zəruri edibdir" - deyə Cabiri Ənsari əlavə edib.

Teqlər