Zərif Çavuşoğlu ilə görüşdü
İranın şimalında Ramsər şəhərində İran, Türkiyə və Azərbaycan Respublikası xarici işlər nazirlərinin dördüncü üçtərəfli iclasının kənarında İran xarici işlər naziri türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barəsində məsləhətləşmə aparılıb.
İRİB-in məlumatına görə, tərəflər İraq və Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayaraq İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçiriləcək növbəti iclasının islam ölkələri arasındakı mövcud problemlərin şiddətlənməsinin qarşısının alınması və islam birliyi istiqamətində addım atmasına ümid bəsləyiblər.
İran və Türkiyə xarici işlər nazirləri həmçinin müştərək iqtisadi komissiyanın iclasının, eləcə də iki ölkə daxili işlər və yol və nəqliyyat nazirlərinin ikitərəfli görüşlərinin mümkün tez bir zamanda baş tutmasını vurğulayıblar.