Apr 07, 2016 10:33 Asia/Baku
  • Almaniyanın ZDF kanalının direktoru İranın TeleRadio Təşkilatının sədri ilə görüşüb
    Almaniyanın ZDF kanalının direktoru İranın TeleRadio Təşkilatının sədri ilə görüşüb

Almaniyanın ZDF kanalının direktoru və onu müşayiət edən heyət İranın TeleRadio Təşkilatının sədri ilə görüşüb.

IRIB-nin məlumatına görə, Almaniyanın ZDF kanalının direktoru Tomas Blut və onu müşayiət edən heyət çərşənbə günü İranın TeleRadio Təşkilatının sədri ilə görüşüb.

Məhəmməd Sərəfraz bu görüşdə İranın TeleRadio Təşkilatının beynəlxalq, vilayət mərkəzləri, radio və televiziya kanallarının sayını yüz əlli kanaldan yuxarı elan edib.

İran TeleRadio Təşkilatının sədri İranın milli mediasının media universitetinə malik olmasına toxunaraq, deyib: Bu universitetdə müxtəlif radio və televiziya ixtisasları üzrə tələbə qəbul olunur və bu təşkilat Almaniyanın TeleRadio Təşkilatı ilə elmi əməkdaşlıqlar aparmağa hazırdır.

Sərəfraz habelə Almaniyanın ZDF kanalı direktorunun Avropa ölkələri üçün problemlər yaratmış mühacirlər məsələsi barədəki sualının cavabında deyib: Bizim regionda ilk dəfə deyildir ki, mühacirlər məsələsi baş verir, amma zahirdə bu dəfə avropalılar mühacirlər məsələsi və onalrın problemlərini həssas edirlər.

O, əlavə edib: İranın qonşuluğunda yerləşən İraq və Əfqanıstandakı savaşlar indiyədək üç milyondan çox mühacirə səbəb olub. Onların böyük bir hissəsi İrana mühacirət və İran onları açıq ağuşu ilə qəbul edib. Bu mühacirlərin başlıca hissəsi müxtəlif məntəqələrdə məskunlaşıb, işlə məşğul olur və münasib yaşayış əldə edib, amma dünya İranın bu humanitar rəftarına heç bir reaksiya və müşayiət nümayiş etdirməyibdir.

Almaniyanın ZDF kanalının direktoru da bu görüşdə İranın TeleRadio Təşkilatının istehsal və texniki miqyaslardakı böyük uğurlarına toxunaraq, söyləyib ki, onu müşayiət edən heyətlə Press TV kanalından keçirdiyi baxışda son dərəcə bu təşkilatın uğurlarının təsiri altına düşübdür.

Teqlər