Apr 07, 2016 16:15 Asia/Baku
  • Doktor Zərif Bakıda Rusiya xarici işlər naziri ilə görüşüb
    Doktor Zərif Bakıda Rusiya xarici işlər naziri ilə görüşüb

İranın xarici işlər naziri doktor Məhəmməd Cavad Zərif Bakıda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşərək, onunla beynəlxalq və regional məsələlər və müxtəlif sahələrdə iki ölkə həmkarlıqları haqda məşvərət edib.

Doktor Zərif genişlənməkdə olan İran-Rusiya əlaqələrinə toxunaraq, əməkdaşlıqların asanlaşdırılması istiqamətində bank və konsulluq həmkarlıqlarının artırılması vacibliyini vurğulayıb.

Zərif əlavə edib: Gömrük qaydalarının asanlaşdırılması, qiymətlərin aşağı salınması və iqtisadi həmkarlıqların genişləndirilməsi sahəsində irəliləyişlər əldə olunub və iki ölkənin yaşıl gömrük dəhlizinin icrası barədəki razılaşması önəmlidir, amma hələ əməkdaşlıqların genişlənməsi üçün bir çox sahələr mövcuddur.

Rusiyanın xarici işlər naziri də bu görüşdə bir daha ölkəsinin İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəklədiyini vurğulayaraq, Rusiyanın Bəndər-Abbas elektrik stansiyasının maliyyəsi və Gərmsardakı İncəburun dəmiryolu xəttinin elektrikləşdirilməsi ilə razılaşdığını elan edərək, vurğulayıb: Rusiya prezidenti İrana qarşı sanksiyaların aradan götürülməsi göstərişini veribdir.

İki ölkənin xarici işlər nazirləri bu görüşdə həmçinin müdafiə həmkarlıqlarından razılıq edərək, onun davam etməsini vurğulayıblar.

Zərif və Lavrov son Suriya hadisələri, eləcə də müzakirələr və siyasi həll yolu ilə Suriya böhranına son qoyulması istiqamətindəki cari beynəlxalq səylər barədə məşvərət də aparıblar.

Teqlər