Apr 13, 2016 08:38 Asia/Baku
  • İnqilab Rəhbəri İtaliya baş nazirini qəbul ediblər
    İnqilab Rəhbəri İtaliya baş nazirini qəbul ediblər

İslam İnqilabının Böyük Rəhbəri buyurublar: İran İslam Respublikası müxtəlif sahələrdə, xüsusən iqtisadi əməkdaşlıqlar sahəsində İtaliya ilə əlaqələrin genişlənməsini alqışlayır.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei çərşənbə axşamı günü İtaliyanın baş naziri Matteo Renzi ilə görüşdə iki ölkənin yaxşı əlaqələrinə toxunaraq, deyiblər ki, İranın İtaliya və bu ölkənin dövləti ilə həmkarlıqdakı baxışı fərqli və müsbət bir baxışdır.

İslam İnqilabının Böyük Rəhbəri İrana qarşı sanksiyalar dövründə İtaliyanın hərəkətlərini bəzi Qərb ölkələrindən daha məntiqli sayıb və belə söyləyiblər: Bəzi avropalı dövlət və şirkətlər İrana gedib-gəlməkdə və müzakirədədirlər, amma bu müzakirələrin nəticəsi indiyədək hiss olunmayıbdır!

Terrorizmlə mübarizəni İran-İtaliya həmkarlıqlarında digər bir mövzu adlandıran İnqilab Rəhbəri deyiblər: Bir sıra avropalı ölkələr müəyyən müddətədək zorakı terror qruplarını himayə edirdilər və bu gün terrorizmin təhlükəli və əhatəli dalğası Avropaya da gəlib çatıbdır.

Həzrət Ayətullahuluzma Xamenei Amerikanın terror qruplarına maliyyə və silah köməklərini terrorizm məsələsinin həlli yolunda duran maneələr adlandırıb və belə əlavə ediblər: Amerikanın İŞİD-ə və bəzi digər terror qruplarına köməkləri barədə sənədli və dəqiq xəbərlər mövcuddur və İŞİD-ə qarşı koalisiya yaratdıqları inidinin özündə belə, bəzi amerikalı orqanlar başqa formada İŞİD-ə kömək göstərməkdədirlər.

İslam İnqilabının Böyük Rəhbəri sonra belə qeyd ediblər: Qərbli siyasətçilərin hökmranlığı altında olan dünyadakı böyük təbliğat orqanları bir qrup şər adam və terrorçunun hərəkətlərini bəhanə gətirərək, İslamofobiya cərəyanını ortaya atırlar və pərdə arxasındakı siyasi fitnələr mədəni mübarizədə işi çətinləşdirir.

İtaliyanın baş naziri Matteo Renzi də ölkəsinin İranla razılaşmaların icrasına olan iradəsinə toxunaraq, vurğulayıb ki, nüvə razılaşması ilə İrana qarşı sanksiyalar götürülməlidir.

Renzi terrorizmin Avropayadək yayılmasına toxunub, terrorizm bəhanəsilə İslamın imicinin pozulmasından təəssüf ifadə edərək, əlavə edib: Sübut etmək lazımdır ki, dinlər sülh, dialoq və insanların dinc yanaşı yaşamalarının ardıncadırlar və İslam İnqilabının Böyük Rəhbərinin bu baxışın yayılmasındakı qüdrəti və rolu olduqca önəmlidir.

Teqlər