Apr 20, 2016 14:58 Asia/Baku
  • İnqilab Rəhbəri: Düşmən cəbhə ilə mübarizə inqilabçı və qətiyyətli gənclərin yetişdirilməsini tələb edir
    İnqilab Rəhbəri: Düşmən cəbhə ilə mübarizə inqilabçı və qətiyyətli gənclərin yetişdirilməsini tələb edir

İslam İnqilabının Böyük Rəhbəri hegemonçuluq quruluşu ilə yumşaq müharibənin inqilabçı və qətiyyətli gənclərin yetişdirilməsini tələb etdiyini bildirdi.

Həzrət Ayətullühülüzma Xamnei çərşənbə axşamı iranlı məktəblilərin islam cəmiyyətlərinin üzvləri ilə görüşdə deyiblər: İslam Quruluşu ilə düşmən olan cəbhə iranlı gənclərin dini və inqilabçı şəxsiyyətini dəyişməyə, ümid, sevinc və maraq kimi hissləri onların əlindən almağa çalışır. Bu hücumun qarşısını almağın yeganə yolu isə "yumşaq müharibə əsgərləri" olaraq dindar, inqilabçı, ayıq, şücaətli və fədakar gənclərin yetişdirilməsidir.

İnqilab Rəhbəri İslam Respublikası qruluşunun ABŞ və İsrail rejiminin başçılıq etdiyi hegemonçuluq quruluşu ilə mübarizə meydanlarına işarə edərək, vurğulayıblar: Ölkənin siyasi, iqtisadi və mədəni baxımdan müstəqilliyi bu mübarizə meydanlarından biridir. Belə ki, böyük qüdrətlər əcnəbilərin nüfuzu və zorakılığı qarşısında müqavimət göstərmək və öz müstəqilliyini müdafiə etmək istəyən ölkələr qarşısında dayanırlar. Çünki, belə bir inkişaf və müstəqillik daha sonra digər ölkələr və xalqlar üçün "nümunə" olacaq.

İnqilab RƏhbəri İranın Qərbi Asiya regionu və dünyadakı güclü iştirakını, Fələstin, müqavimət və İslami-İrani həyat tərzi kimi mövzuları hegemonçuluq quruluşu ilə İslam Respublikası quruluşu arasındakı digər ixtilaflı sahələrdən adlandırıb və deyiblər: Əgər bir ölkədə Qərb üslubunda yaşam tərzi formalaşmış olarsa, həmin ölkənin istedadlı gəncləri hegemonçuluq quruluşunun siyasətləri qarşısında təslimçilik nümayiş etdirmiş olurlar.

Həzrət Ayətullühülüzma Xamenei əlavə ediblər: Bəzən bizi müharibə və bombardman ilə təhdid edirlər. Bu sözlər blefdir. Çünki, buna cürət edə bilməzlər. Əgər, bir zaman belə bir iş görmüş olsalar belə, ağızlarının payını almış olacaqlar.

O həzrət 37 ildən sonra hegemonçuluq quruluşunun hələ də İran İslam Respublikasını məhv etməyə və ya onun inkişafına mane olmağa nail olmadığını bildirib və deyib: Əməli addımlara və geniş təbliğatlara baxmayaraq, bu gün Livan Hizbullahı İslam Dünyasındakı varlığını nümayiş etdirib və onun azğın, asılı və içi boş bir dövlət tərəfindən kağız üzərində məhkum edilməsinin heç bir dəyəri yoxdur.

Həzrət Ayətullahülüzma Xamenei sionist rejimin 33 günlük müharibədə Livan Hizbullahı qarşısında məğlub olmasına işarə edərək, bu qələbəni 3 ərəb ölkəsinin İsrail ordusu qarşısında məğlub olması ilə müqayisə ediblər və deyiblər: Livan Hizbullahı və onun mömin cavanları İslam Dünyası üçün böyük bir fəxrdir.

Teqlər