İran baş vermiş zəlzələ ilə bağlı Ekvadora başsağlığı verdi
Apr 20, 2016 18:32 Asia/Baku
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ekvadorda güclü zəlzələ nəticəsində çoxlu sayda insanın ölməsi və yaralanmasına görə bu ölkə xalqı, hökuməti və hadisə qurbanlarının yaxınlarına başsağlığı verib.
Sadiq Hüseyn Cabiri Ənsari İran xalqı və dövlətinin Ekvador xalqı və dövlətinin habelə, hadisə qurbanlarının yaxınlarının kədərini bölüşdüyünü bildirib və zəlzələ nəticəsində xəsarət alanların tez bir zamanda sağlıqlarına qovuşmalarını arzu edib.
Ekvadorda "Rixter" şkalası ilə 7.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 400-dən çox adam həlak olub.