Apr 22, 2016 10:00 Asia/Baku
  • Zərifin Amerika Ali Məhkəməsinin rəyinə reaksiyası
    Zərifin Amerika Ali Məhkəməsinin rəyinə reaksiyası

İranın xarici işlər naziri deyib ki, İran İslam Respublikası Amerika Ali Məhkəməsinin rəyini rəsmən tanımır.

IRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı günü BMT Baş Assambleyasının iqlim dəyişiklikləri barədəki xüsusi iclasının sonunda müxbirlər qarşısında deyib: Amerika dövləti yaxşı bilir ki, İranın əmlakı ilə bağlı hər cür hərəkət o ölkəni İran xalqına əmlakların geri qaytarılması və cavabdehlik vəziyyətində qoyacaq.

Zərif söyləyib ki, cümə günü ABŞ-ın dövlət katibi ilə görüşündə nüvə anlaşması və onun düzgün icrası ilə bağlı cəhətlərdən savayı heç bir digər mövzu barədə bəhs olunmayacaqdır.

İranın xarici işlər naziri deyib: Bu görüş nüvə anlaşması üzrə öncəki danışıqların davamında keçiriləcək və qərara alınıbdır ki, amerikan tərəf öncəki danışıqlarda İran tərəfindən irəli sürülmüş cəhətləri araşdırsın və Tehrana cavab versin.

Amerika Ali Məhkəməsi aprelin 20-də təsdiq etdi ki, Amerika məhkəmələri üzdəniraq terror cinayətləri qurbanlarının şikayətlərinə baxılmasında İranın dondurulmuş maliyyələrindən kompensasiyanın ödənişi üçün istifadə edə bilərlər.

Bu işin şikayətçiləri 1983-cü ildə Beyrutdakı qərargahlarında öldürülmüş 241 amerikalı dəniz piyadasının qohumlarından bir qrupudur.

Teqlər