Apr 27, 2016 15:20 Asia/Baku
  • İnqilab Rəhbəri: Amerika təxribatçılığını davam etdirir
    İnqilab Rəhbəri: Amerika təxribatçılığını davam etdirir

İranın hər bir yerindən minlərlə işçi və fəhlə İslam İnqilabının Böyük Rəhbəri ilə görüşüblər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər Fəhlə Həftəsi münasibəti ilə İmam Xomeyni (rə) hüseyniyyəsində minlərlə fəhlə və işçini qəbul ediblər.

Görüşdə İnqilab Rəhbəri buyurublar: Fəhlə cəmiyyəti İslam İnqilabı və quruluşa vəfalı cəmiyyətdir. İnqilabın bütün önəmli hadisələri və İslam İnqilabının qələbəsindən sonra aktiv iştiraka malik olan kütlədir.

İslam İnqilabının Böyük Rəhbəri Amerikanın təxribatçılıqla məşğul olduğunu deyərək bildiriblər: Kağız üzərinə yazırlar ki, banklar İranla mübadilə etsinlər. Lakin əməldə bir növ İranofobiya həyata keçirirlər ki, İranla mübadilə olmasın.

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Amerika rəsmisi deyir ki, İran əleyhinə sanksiyanın formatı qalıb ki, xarici investor qorxsun və İrana gəlməsin.

Teqlər