May 02, 2016 08:54 Asia/Baku
  • İnqilab Rəhbəri Ramazan Abdullah ilə görüşdə mühüm bəyanatla çıxış ediblər
    İnqilab Rəhbəri Ramazan Abdullah ilə görüşdə mühüm bəyanatla çıxış ediblər

İslam İnqilabının Böyük Rəhbəri ABŞ-ın başçılıq etdiyi Qərb cəbhəsinin səylərini İslam cəbhəsi ilə geniş və hərtərəfli müharibə yolu ilə məntəqəyə nəzarəti ələ keçirmək adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bazar ertəsi günü Fələstin İslami Cihad Hərəkatının baş katibi Ramazan Abdullah ilə görüşdə regionun hazırkı şəraitini geniş və ətraflı formada analiz edərək, deyiblər: Bu gün regionda cərəyan edən müharibələr 37 il öncə İrana qarşı başladılan müharibənin davamıdır.

İnqilab Rəhbəri İranın Fələstin məsələsi ilə bağlı mövqeyinin ötəri bir mövqe olmadığını vurğulayraq, deyiblər: İslam İnqilabının qələbə çalmasından öncə, mübarizə dövründə belə İmam Xomeyninin(r.ə) çıxışlarında Fələstinin sionist rejim qarşısında müdafiə edilməsi məsələsi dəfələrlə öz əksini tapmışdı və İslam İnqilabının qələbə çalmasından sonra da Fələstin xalqını himayə İranın ən mühüm prioritetlərindən biri oldu. Buna görə də, Fələstin xalqını müdafiə İran İslam Respublikasının zatında olan bir məsələdir.

Həzrət Ayətullahülüzma Xamenei İslam İnqilabını təslim olmağa məcbur etmək üçün müxtəlif siyasi, iqtisadi və hətta hərbi təzyiqlərə işarə edərək, deyib: Bu gün regionda cərəyan edən hadisələr əslində ABŞ-ın İran İslam Respublikası ilə savaşının davamıdır.

İslam İnqlabının Böyük Rəhbəri Amerikanın başçılıq etdiyi Qərb cəbhəsinin İslam cəbhəsinə qarşı hazırkı geniş savaşını regiona nəzarətin ələ keçirilməsi istiqamətində adlandırıb və deyib: Regionda cərəyan edən hadisələri məhz bu prizmadan araşdırmaq lazımdır. Məsələlərə bu prizmadan yanaşdıqda Suriya, İraq, Livan və Hizbullah ətrafında cərəyan edən hadisələrin elə bu böyük savaşın tərkib hissəsi olduğunu anlamaq olar.

Həzrət Ayətullahülüzma Xamenei belə bir şəraitdə Fələstini müdafiə etməyin İslamı müdafiənin simvolu olduğunu vurğulayıb və deyiblər: Hegemonçuluq cəbhəsi bu savaşın bir "şiə-sünni" savaşı olduğu təsəvvürünü insanlara qəbul etdirmək üçün böyük səylər həyata keçirib.

İslam İnqilabının Böyük Rəhbəri daha sonra Suriyada bir şiə hökumətinin hakimiyyətdə olmadığını vurğulayraq, deyiblər: Amma, İran İslam Respublikası Suriya dövlətini himayə edir. Çünki, Suriyanın qarşısında duran tərəflər İslam dini ilə düşmən olan və ABŞ və sionist rejimin maraqlarına xidmət edən tərəflərdirlər.

Həzrət Ayətullahülüzma Xamenei həmçinin, Fələstin İslami Cihad Hərəkatı baş katibinin Livan Hizbullahına daha artıq təzyiqlərin göstərilməsi üzrə səylər barədə dediklərinə işarə edərək, deyib: Livan Hizbullahı o qədər güclüdür ki, onu bu kimi addımlar ilə zərər və ziyanlara uğratmaq mümkün deyil. Və bu gün sionist rejimin Livan Hizbullahı ilə bağlı qorxusu keçmiş ilə müqayisədə daha böyükdür.

Teqlər