May 02, 2016 17:17 Asia/Baku
  • Həzrət Ayətullahülüzma Xamenei
    Həzrət Ayətullahülüzma Xamenei

İslam İnqilabının Böyük Rəhbəri İranın gələcək nəslinin müstəqil şəxsiyyət və dini izzət ilə tərbiyə edilməsini vurğulayıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bazar ertəsi günü minlərlə müəllim ilə görüşdə gələcək nəslin müstəqil şəxsiyyət, dini izzət, ali və cərəyan yaradan xüsusiyyətlər ilə tərbiyə edilməsinə təkid edərək, bunu müəllimlər və təhsil sisteminin ən mühüm vəzifələrindən adlandırıb və deyiblər: Əgər bu xüsusiyyətlərə malik bir cəmiyyət formalaşarsa, heç şübhəsiz neftə söykənməyən müqavimət iqtisadiyyatı , müstəqil mədəniyyət, istehlak mədəniyyətində islahatların aparılması və tamahkarlıqlar qarşısında müqavimət ilə məna tapmış olacaq.

Həzrət Ayətullahülüzma Xamenei gələcək nəslin tərbiyə edilməsində beynəlxalq hegemonçuluq qruluşu kimi bir hərif ilə üz-üzə olduğumuza işarə edərək, deyib: Bəziləri gələcək nəslin tərbiyə edilməsi ilə beynəlxalq hegemonçuluq quruluşu arasında nə kimi əlaqənin ola biləcəyini dərk etməyə bilərlər. Halbuki, beynəlxalq hegemonçuluq quruluşu yeni nəsillər üçün xüsusi ilə də İranda xüsusi proqramlara malikdir.

İslam İnqilabının Böyük Rəhbəri Amerika, sionist sərmayə sahibləri və bəzi zorakı dövlətləri beynəlxalq hegemonçuluq quruluşunun məzhəri adlandırıb və deyiblər: Hegemonçuluq quruluşu ölkələrin gələcək nəsillərinin onların istəklərinə və maraqlarına təslim olmuş düşüncələrə, mədəniyyətə, baxışa və səliqələrə malik olsunlar. Və nəhayət həmin nəsillərdən doğacaq ziyalılar, siyasətçilər və təsirli insanlar onların istədikləri kimi rəftar etsinlər.

Həzrət Ayətullahülüzma Xamenei regionun bəzi dövlətlərini hegemonçuluq quruluşunun bu proqramının aşkar nümunəsi adlandırıb və deyiblər: Bu dövlətlərin rəftarları tamamilə Amerikanın istədiyi formadadır və hətta, Amerikanın maraqlarına xidmətin bütün xərclərini də özləri ödəyirlər. Bunun müqabilində isə heç bir imtiyaz almırlar və sadəcə amerikalılar bu dövlətlərin varlığını qorumaqla onların süqut etməsinə mane olurlar.

İnqilab Rəhbəri həmçinin, ABŞ Konqresində İranın hərbi dəniz manevrləri əleyhinə qaldırılmış layihəyə işarə edərək, deyib: Bu gün düşmənlər başlarından böyük sözlər danışırlar və İranın Fars Körfəzində hərbi manevr keçirməli olmadığı kimi layihələr hazırlayırlar. Halbuki, bütün bu sözlər puç sözlərdir.

İnqilab Rəhbəri İran İslam Respublikasının hər gün daha da güclənməsini düşmənlərin siyasətlərinin məğlubiyyət nişanəsi adlandırıb və deyiblər: Özümüzü elə hazr etməliyik ki, düşmən daim qorxu içərisində olsun.

Teqlər