İnqilab Rəhbəri Cənubi Koreya prezidentini qəbul ediblər
https://azeri.sahartv.ir/news/İran-i216973-İnqilab_rəhbəri_cənubi_koreya_prezidentini_qəbul_ediblər
Cənubi Koreya prezidenti xanım Park Qyun Hey bu gün İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 02, 2016 15:33 Asia/Baku
  • İnqilab Rəhbəri Cənubi Koreya prezidentini qəbul ediblər
    İnqilab Rəhbəri Cənubi Koreya prezidentini qəbul ediblər

Cənubi Koreya prezidenti xanım Park Qyun Hey bu gün İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei ilə görüşüb.

İslam İnqilabının Böyük Rəhbəri İranın Asiya ölkələri ilə əməkdaşlıqların artırılması üzrə baxışına toxunaraq buyurublar ki, iki ölkə arasında müqavilələr elə bir formada imzalanmalıdır ki, xarici müdaxilələr və sanksiyalar ona mənfi təsir göstərməsin. Çünki İran və Cənubi Koreya kimi ölkələrin müqavilələri və əməkdaşlıqlarının ABŞ-ın təsiri və iradəsi altında olması layiqli deyildir.