İran Avropanı narkotik vasitələrlə ciddi mübarizəyə dəvət etdi
https://azeri.sahartv.ir/news/İran-i219268-İran_avropanı_narkotik_vasitələrlə_ciddi_mübarizəyə_dəvət_etdi
İran İslam Respublikasının daxili işlər naziri narkotik vasitələrlə beynəlxalq mübarizənin aparılmasını istədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2016 08:17 Asia/Baku
  • Əbdülrza Rəhmani Fəzli
    Əbdülrza Rəhmani Fəzli

İran İslam Respublikasının daxili işlər naziri narkotik vasitələrlə beynəlxalq mübarizənin aparılmasını istədi.

İRNA-nın məlumatına görə, Əbdülrza Rəhmani Fəzli çərşənbə günü Polşada İranın narkotik vasitələr ilə mübarizə üzrə atdığı addımları şərh edərək, deyib: Öz medialarınızda iri hərflərlə yazın "İran Avropanı narkotik vasitələr ilə ciddi və hərtərəfli mübarizəyə dəvət edir".

Rəhmani Fəzli əlavə edib: İranın narkotik vasitələr ilə mübarizə sahəsindəki fədakarlıqlarına rəğmən, təəssüflər olsun ki, bəzi ölkələr bu sahədə İran ilə heç bir əməkdaşlıq etmirlər.