İran və Polşa xarici işlər nazirləri ikitərəfli əlaqələrin inkişafına təkid ediblər
İran və Polşa xarici işlər nazirləri hər iki ölkənin siyasi, iqtisadi və ticarət sahəsində əlaqələrin genişləndirilməsinə hazır olduğunu vurğulayıblar.
İRNA-nın məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü axşam Varşavada Polşa xarici işlər naziri ilə siyasi məsləhətləşmələr üzrə əməkdaşlıq sənədinin imzalanması mərasimində deyib: Özəl sektor iki ölkənin iqtisadi əlaqələrinin mühərriki olub və milyardlıq ticarət mübadiləsi həcminə çatmaq tamamilə mümkündür.
Zərif İranın müharibə dövründə Polşa xalqına ev sahibliyi etməsinə işarə edərək, deyib: Gələcəkdə müsbət keçmişə söykənən çox yaxşı əlaqələr qurmaq mümkündür.
Polşa xarici işlər naziri Vitold Vaşkoçikovski də bu mərasimdə deyib: İranın Yaxın Şərqdə malik olduğu mühüm mövqe iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafında mühüm rola malikdir.
Polşa xarici işlər naziri İran İslam Respublikasının regional problemlərin həllində təsirli rol oynadığına da işarə edib və deyib: Əgər İran olmasaydı, Polşa sivilizasiyası belə bir inkişafa malik ola bilməzdi.