İran və Latviya arasında siyasi əməkdaşlıqlar anlaşma memorandumu imzalanıb
https://azeri.sahartv.ir/news/İran-i219973-İran_və_latviya_arasında_siyasi_əməkdaşlıqlar_anlaşma_memorandumu_imzalanıb
İran İslam Respublikası və Latviya xarici işlər naziri müzakirədən sonra iki ölkə arasında siyasi əməkdaşlıqlar anlaşma memorandumunu imzalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2016 13:35 Asia/Baku
  • İran və Latviya xarici işlər nazirləri
    İran və Latviya xarici işlər nazirləri

İran İslam Respublikası və Latviya xarici işlər naziri müzakirədən sonra iki ölkə arasında siyasi əməkdaşlıqlar anlaşma memorandumunu imzalayıblar.

Cümə axşamı günü Riqa şəhərində Məhəmməd Cavad və Edqars Rinkeviç arasında imzalanan bu memorandum iki ölkənin xarici siyasətdə əməkdaşlıqları üçün çərçivədir.

Latviya xarici işlər naziri Riqada İran və Latviyanın iqtisadi iclasının keçirilməsinə toxunaraq deyib: İki ölkənin əməkdaşlığı üçün çoxlu sahələr vardır və Latviya müxtəlif sahələrdə İranla əməkdaşlıqların artırılmasını müsbət qarşılayır.