İyun 15, 2016 09:18 Asia/Baku
  • Həzrət Ayətullahuluzma Xamenei
    Həzrət Ayətullahuluzma Xamenei

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Amerikalılar nüvə anlaşmasındakı öhdəliklərinin mühüm hissəsini yerinə yetirmədilər. Amma İran ön ödənişləri həyata keçirib və uranın 20 faiz zənginləşdirilməsi və Fordo və Ərak Ağır Su təsisatlarını bağlayıbdır.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei dünən axşam üç hakimiyyət qüvvəsinin başçısı və quruluşun məsul şəxsləri ilə görüşdə nüvə anlaşmasının müsbət, yaxşılaşdırıcı, eləcə də zəif və qüsurlara malik olduğunu bildiriblər və Amerikanın nüvə anlaşmasındakı öhdəliklərinə əməl etməməsinin nümunələrini şərh edərək, belə qeyd ediblər: Qarşı tərəfin vəzifəsi, sanksiyaların aradan götürülməsi idi, amma bu vəzifəyə əməl etmədi, yəni bəzi sanksiyaları müəyyən qədər götürüb, amma əməldə sanksiyalar götürülməyibdir.

O həzrət İranın xarici banklarla əməliyyatları probleminin həll olunmamasına toxunaraq, əlavə ediblər: Amerika dövlətinin başçıları dildə və sərəncamlarda deyirlər ki, İranla bank əməliyyatları üçün bir maneə yoxdur, amma əməldə elə bir iş görürlər ki, banklar İranla əməliyyat cürətinə malik olmasınlar.

İslam İnqilabının Böyük Rəhbəri qarşı tərəflərin sui-istifadələrinə zəmin yaratmış nüvə anlaşması sənədinin qaranlıqlarla dolu cəhətlərinə işarə edərək, vurğulayıblar: İran əvvəldə nüvə anlaşmasını pozmayacaq, zira əhdə vəfa, Quran göstərişidir, yox əgər Amerika prezident seçkiləri namizədlərinin nüvə anlaşmasını cırmağa dair təhdidləri reallaşarsa, onda İran nüvə anlaşmasını yandıracaqdır ki, bu hərəkət də qarşı tərəfin əhdi pozması haqda Quran göstərişidir.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin İranla xas aşkar bir düşmənçiliyin mövcud olmasını dövlətlər arasındakı adi ixtilaflardan daha geniş adlandırıblar və belə əlavə ediblər: İslami fikir və əməl prinsipləri üzərində qurulmuş İslami quruluş "zalım qüvvələr, zülm, ayrı-seçkilik və zorakılıq siyasətləri" ilə müxalifdir və bütün təzyiqlərə rəğmən, onun qüdrəti və nüfuzu günbəgün regionda və dünyada genişlənib, dərinləşibdir və yeni zühur etmiş bir qüdrət kimi zalım qüdrətlərin zalımcasına maraqlarını problemlə üzləşdiribdir.

İslam İnqilabının Böyük Rəhbəri deyiblər ki, düşmənin planları ilə yeganə mübarizə yolu, imkanlardan düzgün və münasib istifadə və qüdrət və iqtidarın günbəgün artırılmasıdır. O həzrət söyləyiblər: Düşmən başda Amerika dövlətinin durduğu "zalım qüvvələr şəbəkəsi", həmçinin təzahürü saxta sionist rejimin olduğu "sionist şəbəkə"dən ibarətdir.

İslam İnqilabının Böyük Rəhbəri sonra deyiblər: Bəziləri elə təsəvvür edirlər ki, İran Amerika ilə yola gələ və öz problemlərini həll edə bilər, halbuki bu, qeyri-düzgün bir təsəvvür və illüziyadır. O həzrət vurğulayıblar: Amerikalıların əsas məsələsi, İran İslam Respublikasının mövcudluğu olubdur ki, müzakirə və əlaqə ilə həll olunmayacaq, zira İslamdan mənşə alan qüdrət və istiqlaliyyət zalım qüvvələr üçün qəbuledilməzdir.

Teqlər