Zərif Suriya böhranı üçün siyasi həll yoluna təkid edib
İran İslam Respublikası xarici işlər naziri Suriya böhranının yalnız siyasi yollarla həll oluna biləcəyini deyib.
İRNA-nın verdiyi məlumata görə, İİR XİN başçısı Məhəmməd Cavad Zərif dünən gecə Fransa diplomatiya akademiyasında Fransanın yüksək səviyyəli diplomatları, beynəlxalq əlaqələr üzrə araşdırmaçılarının toplusunda etdiyi çıxışında deyib: Əgər Suriya böhranında sadəcə Bəşşar Əsədə təmərküzləşərlərsə, siyasi həll yolu əldə olunmayacaq.
Suriya böhranından bu ölkənin gələcək qanuni sisteminin diqqətə alınmasını vurğulayan Zərif deyib: Suriyada federal sistem problemi həll etməyəcək.
İranın xarici işlər naziri regiondakı duruma, xüsusilə Yəmən, Bəhreyn, Suriya və İraqdakı vəziyyətə diqqət çəkərək, Bəhreyn barədə deyib: Regionda nigarançılığa səbəb olan ölkələrdən biri də Bəhreyndir, bu ölkədə azlıqda olan qrup çoxluqda olanlara qarşı zorakılıqlar həyata keçirməkdədir.
Zərif Bəhreyndəki müxaliflərin hökuməti devirmək niyyətində olmadıqlarını xatırladıb və deyib: Bütün siyasi yollar bağlandıqda, bir ruhaninin vətəndaşlığı ləğv edildikdə, həll yolu yaranmayacaq.
İranın xarici işlər naziri nüvə anlaşmasının icrası barədə isə deyib: Sanksiyalar kağız üzərində ləğv edilib, amma Avropa dövlətləri mövcud psixoloji atmosferi xüsusilə bank əməliyyatları sahəsində aradan qaldırmağa səy göstərməlidirlər.