BMT-nin uşaq qətlinə göz yummasını elan etməsi böyük rüsvayçılıqdır
İslam İnqilabının Böyük Rəhbəri beynəlxalq səhnələrdə hüququn izlənilməsində Məhkəmə Hakimiyyətinin aktivləşməsinin vacibliyini və sanksiyalara görə İran xalqının tapdalanmış haqqının izlənilməsini vurğulayıblar.
İslam İnqilabının Böyük Rəhbəri ofisinin informasiya portalının məlumatına görə, Həzrət Ayətullahülüzma Xamenei çərşənbə günü günortadan sonra Məhkəmə Hakimiyyətinin sədri və rəsmilərini qəbul ediblər.
Əsassız bəhanələr və ittihamlarla İran xalqının əmlakına əl atmaq üçün ABŞ məhkəmələrinin qərarına toxunan İnqilab Rəhbəri xatırladıblar: İran xalqının sanksiyalar vasitəsi ilə haqqının tapdalanması beynəlxalq səviyyədə izləniləcək bir reallıqdır.
İnqilab Rəhbəri İranda terrorizmin minlərlə qurbanının hüququnun izlənilməsi, bu qurbanların qatillərini açıq-aşkar və gizli şəkildə dəstəkləyən dövlətlərə qarşı cinayət işinin açılması və bütün dünyada məzlum müsəlman şəxsiyyətlərin hüququnun müdafiə olunmasını ədliyyə rəsmilərinə tövsiyə ediblər.
Həzrət Ayətullahülüzma Xamenei dünya səviyyəsində islam insan haqlarının canlanmasını ədliyyənin digər vəzifəsi adlandırıb və xatırladıblar: Qərbin dediyi insan haqları yanlış əsasa əsasən tənzimlənmişdir və islam insan haqları dünyanın ümumi fikrində və beynəlxalq dairələrdə məntiqi əsaslarla bəyan olunmalı və izlənilməlidir.
İnqilab Rəhbəri BMT-nin Yəməndə uşaqların qətlə yetirilməsi və cinayətin törədilməsinə bəzi ölkələrdən pul almaq qarşılığında göz yummasını rəsmən elan etməsini bəşəriyyətin utancına səbəb olduğunu bildirib və deyiblər: Bu rüsvayçılıq bəşəriyyətin əsil hüququna qarşıdır və beynəlxalq səviyyədə hüquq prizmasından üzərində işlənilməlidir.
İslam İnqilabının Böyük Rəhbəri Ümümdünya Qüds Gününün yaxınlaşmasına toxunaraq bildiriblər: Allahın lütfü ilə cümə günü bir daha İran və islam dünyasında məzlum Fələstin xalqının müdafiə üzrə vahid səs ucalacaq və islam ümməti məzlumun müdafiəsi üzrə önəmli vacib məsələni yerinə yetirəcək.