İyul 13, 2016 09:04 Asia/Baku
  • Əmir Abdullahian
    Əmir Abdullahian

İran xarici işlər nazirinin sabiq müavini Hüseyn Əmir Abdullahian deyib: Səudiyyə Ərəbistanı Küveytdə yəmənlilərin siyasi müzakirələrinin uzanmasında birbaşa məsuliyyət daşıyır.

İRİB-in məlumatına görə, Əmir Abdullahian əlavə edib: Yəmənin yaşayış massivləri və infrastrukturların dayanmadan havadan bombalanması və atəşkəsin pozulması yəmənlilərin siyasi müzakirələrini təsirsiz edib.

O deyib: Tehran Yəmənin daxili məsələlərində heç bir müdaxilə etməyib və etmir. Lakin Yəmən xalqına mənəvi və humanitar yardımlarını güclü şəkildə davam etdirir.

Əmir Abdullahianın sözlərinə görə, İran xalqının Yəmənə humanitar yardımlarının göndərilməsində Səudiyyə Ərəbistanının təxribatçılığı və maneəsinə baxmayaraq, bu addım beynəlxalq və regional əlaqədar təşkilatların koordinasiyası ilə yaxşı formada həyata keçir.

Sabiq nazir müavini əlavə edib: Ərəbistan regionda müharibə yaratmaq yanlış siyasəti ilə odla oynayır və regional böhranların əsas səbəbkarı hesab olunur. Əgər Ərəbistan öz yanlış siyasətlərini islah etməzsə, özündən əlavə region da daha çox zərər görəcək.

Ərəbistan ABŞ-ın dəstəyi və regionun bəzi ərəb ölkələri ilə koalisiya quraraq bir ildən çoxdur ki, Yəmənə qarşı irimiqyaslı hücumlara başlayıb və bu ölkənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarmaq istəyir. Həm də Yəmənin şəhərlərinin təhlükəsizliyini təmin edən Yəmən inqilabçılarının iqtidara gəlməsini əngəlləməyə çalışır.

Bu hücumlar nəticəsində indiyə qədər minlərlə yəmənli, o cümlədən yüzlərlə uşaq və qadın həlak olmuş, yaralanmış və on minlərlə nəfər də didərgin düşmüşdür. Eyni zamanda Yəmənin infrastruktur obyektlərinə ciddi şəkildə ziyan dəymişdir.

Teqlər