İran enerji sektorunda xarici investisiyaya hazırdır
-
İranın energetika naziri Həmid Çitçian
İran İslam Respublikasının energetika naziri İranın xarici investisiyayanın cəzb edilməsinə hazır olduğunu bildirib
İRNA-nın verdiyi məlumata görə, İranın energetika naziri Həmid Çitçiyan bu gün Londonda Asiya Araşdırmalar Mərkəzində keçirilən dəyirmi masada İranın xüsusi ilə enerji və su sahələrindəki potensiyallarını açıqlayaraq deyib: İİR bu sahələrə xarici investisiya cəzb etməyə hazırdır.
Çitçiyanİranın dünya iqtisadiyyatında 17-ci yerdə durduğunu xatırladaraq deyib: İran müxtəli iqtisadi sahələrdə möhkəm infrasturukturlara malikdir.
Çitçiyanhəmçinin İranın investisiya üçün iqtisadiyyatın müxtəlif şaxələrində geniş potensiyallara malik olduğunu diqqətə çəkərək deyib: İran mütəxəssis kadr yetişdirmək baxımından dünya üzrə 5-ci yerdə durur.
İranın energetika naziri Londona səfərinin ikinci günündə Energetika sahəsində fəaliyyət göstərən Rolzvoys şirkətinin rəhbərləri, Britaniyanın su və su tullantıları sahəsində mühəndislik xidmətləri təqdim edən Viyer qrupunun rəhbəri Çarlz Beri ilə görüşəcək.
İranın energetika naziri Həmid Çitçiyansrağa gün bir heyətə başçılıq edərək Londona daxil olub. Bu səfərdə məqsəd investisiya cəlb edilməsi, su və energetika sahələrində qarşılıqlı əməkdaşlıq yollarının araşdırılmasından ibarətdir.