İran BMT-nin rəftarının dəyişməsini istəyib
-
Qulamhüseyn Dehqan
İranın BMT-dəki səfiri və daimi nümayəndəsinin müavini vurğulayıb: Birləşmiş Millətlər Təşkilatı insan haqlarını əsaslı insani dəyərlərin yüksəldilməsi xidmətində qərar verə bilmək üçün rəftarın dəyişilməsinə ehtiyaclıdır.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsinin müavini Qulamhüseyn Dehqani dünən bu təşkilatın Baş Assamblıeyasının "İnsan haqları beynəlxalq iş gündəminin mərkəzində" adlı yüksək səviyyəli iclasında çıxış edib.
Dehqani deyib: Bir dünyada ki, təkcə 62 nəfər Yer kürəsi əhalisinin yarısı qədər sərvət toplayıb və təkcə dünya əhalisinin yalnız bir faizi yerdə qalan insanların 99 faizindən çox sərvətə malikdir, qətiyyətlə demək olar ki, dinc, qənaətbəxş və ədalətli bir dünya olmayacaqdır.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsinin müavini söyləyib: Birləşmiş Millətlər Təşkilatı rəftarın dəyişilməsinə ehtiyaclıdır. BMT hansı ölkənin beynəlxalq hüquq normalarını pozan dövlətin himayəçisi olmasından və qanun pozucusunun maliyyə yardımları miqdarndan asılı olmayaraq, beynəlxalq hüquq normalarının biabırçı tərzdə pozulması zamanı təzyiqlərlə üzləşmədə müqavimət göstərə və siyasiləşdirmə və ikili standartların tətbiqindən uzaq qalmalıdır.
O, sonda deyib: Təkcə ən zəiflərə və ən yoxsullara qəbul etdirilən prinsiplər etibar və kəsərliliyə malik ola bilməz.