İyul 19, 2016 18:47 Asia/Baku
  • Vyanada nüvə anlaşması üzrə müştərək komissiyanın iclası keçirilib
    Vyanada nüvə anlaşması üzrə müştərək komissiyanın iclası keçirilib

Bu gün Vyanada nüvə anlaşması üzrə müştərək komissiyanın 4-cü iclası keçirilib.

Nüvə anlaşması üzrə müştərək komissiyanın 4-cü iclası İranın altılıq qrupu ilə nüvə anlaşmasının icrası qarşısındakı maneələrin araşdırılması hədəfilə Vyanada keçirilib.

IRNA-nın məlumatına görə, İranın xarici işlər nazirinin müavini Seyid Abbas İraqçının başçılıq etdiyi iranlı heyət, Avropa İttifaqının xarici siyasət üzrə koordinatoru Federika Moqerini və altılıq qrupunun nümayəndələri bu gün nüvə anlaşması üzrə müştərək komissiyanın 4-cü iclasını keçirmək üçün Vyanada bir araya gəliblər.

İraqçı iclasdan öncə müxbirlər qarşısında bu iclasın iş gündəmi haqda deyib: Müştərək komissiya nüvə anlaşması yolunda mövcud olan maneələr haqda iki və çoxtərəfli formada bəhs və araşdırma üçün münasib fürsət sayılır.

Teqlər