Avq 03, 2016 09:15 Asia/Baku
  • Qulamhüseyn Xoşru
    Qulamhüseyn Xoşru

İranın BMT-dəki səfiri xüsusən Qəzzə zolağında və Yəməndə uşaqların durumunu son dərəcə nigaranedici adlandırıb.

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Qulamhüseyn Xoşru dünən Təhlükəsizlik Şurasının uşaqlar və silahlı düşmənlər barədəki ümumi bəhsində etdiyi çıxışında deyib: İndiyədək yüzlərlə yəmənli uşağın qətli ilə nəticələnmiş Yəməndəki hava hücumlarının Əlqaidə və İŞİD-in inkişafından başqa bir nəticəsi olubdurmu? Əgər dünya ictimaiyyətinin yəmənli uşaqların qırğını ilə bağlı vicdanı yatıbdırsa, görən, ekstremizm və terrorizmin strateji təhdid ilə bağlı fikri rahat ola bilərmi?

O, əlavə edib: Olduqca təəssüflü haldır ki, sənədli faktlara əsasən, BMT ekspertləri hava hücumları və 49 məktəb və xəstəxanaya hücum nəticəsində həyatını itirmiş 875 yəməli uşaq daxil olmaqla mülkilərin qırğınında məsuliyyət daşıyan tərəfdirlər. Öncə Ərəbistan koalisiyası BMT-nin qara siyahısında yer aldı, amma heyrətedici bir tərzdə bu koalisiyanın adı siyasi və maliyyə təzyiqləri nəticəsində həmin siyahıdan çıxarıldı.

O, əlavə edib: Bu hərəkət mülkilərin ən tez zərər çəkə bilən hissəsinin, yəni uşaqların hüquqlarına qarşı bir xəyanətdir.

Teqlər