Avq 18, 2016 20:16 Asia/Baku
  • 19 avqust hərbi çevrilişindən 63 il ötür
    19 avqust hərbi çevrilişindən 63 il ötür

63 il öncə ABŞ və İngiltərənin planlaşdırması və dəstəkləməsi ilə İranda çevriliş baş verdi. Və Məhəmməd Müsəddiq hökumətinin devrilməsi ilə nəticələndi. Bu dəhşətli çevriliş İranın neft sənayesinin milliləşməsi sevincini İran xalqı üçün kədərə çevirdi.

20 mart 1951-ci il. İran xalqı neft sənayesinin milliləşməsini şənlik edir. Əlbəttə bu,  9 ay uzun sürmədi. Qərb İrandan neftin alınmasını boykot və İranda çevirilş üçün xəncərini itilədi.

Şahın İngiltərədəki son səfiri Pərviz Raci deyir: Neft məsələsi üzərində Müsəddiqlə barışmanın bir yerə çatmayacağını irəli sürənlər amerikalılar idilər.

Çevrilişə başçılıq edən şəxs, ABŞ-ın sabiq prezidentinin nəvəsi Kermlit Ruzvelt. İcradan iki həftə öncə dollarla dolu çamadanla Tehrana gəldi.

MKİ məmuru və 19 avqust çevrilişinin başçısı Kermlit Ruzvelt o zaman deyib: Güman edirəm ki, təxminən 700 ya 800 min dollar vardı. Əməliyyatın icra olunduğu bütün dövrdə təxminən 10 min dollar xərcləndi.

Dollarlar iğtişaşçılar və lotular arasında paylanmışdı. 19 avqustda “Yaşasın şah; Müsəddiqə ölüm” şüarı ilə küçə və bazarlara töküldülər.

Şahın hərbi qvardiyası da müqavimət olmadan Müsəddiqin evini mühasirəyə aldı. Qanuni baş naziri həbs edərək hərbi tribunada mühakimə etdi.

Müstəbid yenidən qayıtdı.

 

Bu hərbi çevrilişi ABŞ-ın o vaxtkı prezidenti ümidverici siyasi qələbə adlandırdı. Və MKİ-nin nümayəndəsi onu İranda Amerikanın böyük uğuru hesab etdi.

MKİ-nin xüsusi əməliyyatlar departamentinin rəisi Sem Bridt deyib ki, çox mürəkkəb, problemli və təhlükəli bir addım idi. Belə ki, uğurla, minimum insan resursu və xərclə həyata keçirildi.

Bu çevrilişin məsuliyyətinin ABŞ və MKİ rəsmiləri üzərlərinə götürdülər. Amma İran xalqından heç bir üzrxahlıq olmadan.

İlk öncə Bill Klinton hökumətində dövlət katibi Madlin Olbrayt deyib: Amerikanın Müsəddiq hökumətinin devrilməsində əsaslı rolu vardı. Təəccüblü deyildir ki, hələ də bir çox iranlı daxili məsələlərində Amerikanın bu müdaxiləsindən narahatdır.

Barak Obama  2009-cu ildə Qahirə Universitetində deyib: Yəqin ki, bizim eniş-yoxuşlu tariximiz olmuşdur. Soyuq müharibənin ortalarında, demokratik yolla seçilən İran hökumətinin kənarlaşdırılmasında Amerikanın rolu vardı.

Obamanın dediyi rolu, ölkəsi dəfələrlə İran əleyhinə oynamışdır.

İslam İnqilabının Böyük Rəhbəri bununla əlaqədar bəyanatında bildirmişlər ki, 53-cü il 19 avqustundan bu günədək Amerikaya etimad etdikləri hər bir məsələdə zərbə almışlar.

 

Teqlər